Oxunma sayı: 56

Sual #884 : Şeyx Useymin – Ölkə əhalisi ilə birgə oruc tut və bayram et! – 2


Sual:

Ramazanda olan birinci hal ilə əlaqədar olaraq, əgər orucun tutulması baxımından irəlidə olan bir ölkəyə səfər edərsə, bunun mənası odur ki, həmin bu gecikən ölkə əhalisi ilə birlikdə oruc tutmağa davam edərsə, oruca başladığı ölkədə bayram olan gündə oruc tutmuş olur. Onun orucuna bunun heç bir təsiri yoxdur?

Tarix: 2018-02-18

Cavab #884 : Şeyx Useymin – Ölkə əhalisi ilə birgə oruc tut və bayram et! – 2


Şeyx Useymin:

Yox, onun heç bir təsiri yoxdur. Çünki burada önəmli olan orucu bitirərkən olduğu ölkədəki haldır.

Sual:
Deməli, önəmli olan orucu bitirdiyi yerdə olan haldır?

Şeyx Useymin:
Bəli, olduğu yerdə olan haldır. Buna görə də, biz deyirik ki, əgər vaxt baxımından gecikən ölkədən gələrsə, səfər etdiyi ölkənin camaatı ilə orucunu tamamlayır, sonra isə qalan günləri qəza olaraq tutur.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir