Oxunma sayı: 38

Sual #885 : Şeyx Useymin – Ölkə əhalisi ilə birlikdə oruc tut və bayram et!


Sual:

Allah sizə xeyir versin!

Möhtərəm şeyx, bir dinləyici sual verir ki:
“Mən eşitmişəm ki, Şeyxul İslam ibn Teymiyyə (Allah ona rəhmət etsin) öz əl-Fətava adlı kitabında bir ölkəyə uyğun digər ölkələrin oruc tutmasını və bir ölkədə Ramazanda təzə ayın görünməsinə uyğun digərlərinin əməl etməsini haram hesab edib.
Bu doğrudurmu?”

Tarix: 2018-02-18

Cavab #885 : Şeyx Useymin – Ölkə əhalisi ilə birlikdə oruc tut və bayram et!


Şeyx Useymin:

Şeyxul İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin) hesab edir ki, oruc tutmaq təzə ayın görünməsi ilə vacib olur, şəvvalın təzə ayı görünərsə isə orucu bitirmək vacib olur, fərqi yoxdur, digər yerlərdə görünüb ya yox. Əgər digər ölkələr təzə ayı görən ölkədən ayın görünmə yerlərinə görə fərqlənirlərsə, Ramazanın təzə ayıdırsa onlara oruc tutmaq, Şəvvalın təzə ayıdırsa orucu bitirmək vacib deyil. Belə ki, O (Allah ona rəhmət etsin) belə deyir:

“Təzə ayın görünmə yerləri elm əhlinin yekdil rəyinə görə bir–birindən fərqlənirlər. Əgər təzə ayın görünmə yerləri bir olarsa, hamı üçün oruc tutub bitirmək vacib olur. Lakin əgər bir olmazsa, o zaman hər bir ölkə özünə görə hökm verir.”

Onun (Allah ona rəhmət etsin) söylədiyi bu rəy, ən doğru olan rəydir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir