Oxunma sayı: 45

Sual # : Şeyx Raslanın Hələbiyə rəddiyyəsi – V Hissə – Ey Hələbi! Şeyx Fovzan sənə rədd verəndə, sən şeyx Albanini özünə qalxan etdin


Misirin alləməsi
Muhəmməd Səid Raslənin (Allah şeyxi qorusun)
azğın Əli Abdul Həmid əl-Hələbiyə verdiyi
“Taliatu ar–raddi alə əl–Hələbi” adlı rəddiyyəsi

V Hissə

Tarix: 2018-02-18

Cavab # : Şeyx Raslanın Hələbiyə rəddiyyəsi – V Hissə – Ey Hələbi! Şeyx Fovzan sənə rədd verəndə, sən şeyx Albanini özünə qalxan etdin


Şeyx Raslan:

Sənin kimi əcaib məxluqlar yaradan Əzəmətli Allaha and olsun ki, sən, yalançısan. Əgər mən sənin kimi danışası olsam – inşəAllah heç vaxt sənin kimi danışmaram – səni elə edərəm ki, iynə üstündə oturmuş kimi vurnuxa-vurnuxa qalarsan. Lakin gözləyəcəm, görək səndən başqa nə bəlalar gələcəkdir. Allah bizə kömək olsun.

Sonra, ibn Saləhin sözündən ancaq xəta başa düşürsən? Kimdir o elə kiminsə barəsində xəta edib, səhv olaraq onu cərh edən kəs?! Heç dediyin sözün mənasını başa düşürsən?! İbn Saləhin sözünü sənin xəstə fəhmin başa düşməmiş, kor gözlərinlə görə bilməmişsən. Bunun mənası isə sələflərin cərh və tədil qaydalarını dağıtmaq istəməyindir. Ey Hələbi! Azacıq və ya hərdən ağlını işlət – əgər səndə ağıl varsa – yoxdursa sus ki, ayıblarını örtəsən.

Səkkizinci:
Ey Hələbi! Sən, fəlsəfəçi (ağlına və ağzına gələni çərənləyən) və nifrət olunan birisən və tutduğun yol da nə yaxından, nə uzaqdan sələfin yolu deyildir. Buna görə də sən, alləmə Albaninin adla (rəsmi) və cismlə (yanında olmaqla) tələbəsi olsan da, həqiqi olaraq sənin ondan heç bir payın yoxdur. Əksinə, iman məsələlərini qatıb-qarışdırdıqda və murdar, çıxılmaz ircalıq girdabında boğulduqda şeyx Albani üçün bir ləkəyə çevrildin. Belə olduqda isə yolunu kəsib, səndən və insanları azğınlığa salan fikirlərindən çəkindirdilər. Ləcnə ilə sənin aranda olan ixtilaf barədə şeyx Saleh Fövzana sual verildikdə, bu ixtilaf ləfzidir yoxsa yox, sənin barəndə cavab verdi ki:

”Bizim yeni bir insana ehtiyacımız yoxdur ki, gəlib insanları öz fikirləri, cahilliyi və batil yalanları ilə çaşdırsın. Bizim belə kəslərə ehtiyacımız yoxdur”.

İş belə olduqda, şeyx Albanini özün üçün qalxan tutdun və yalan danışaraq dedin ki, “mən, onun əqidəsindəyəm”. Albanini hər bir tərəfdən atılan düşmən oxlarına hədəf etdin, sənin səbəbinlə onun əqidəsinə tən olundu. İndiyədək də ağzına gələni çərənləyir (fəlsəfi fikirlər söyləyir) və başa düşülməyən, ağılsız fəlsəfi şeylər danışırsan!! Ona verdiyin qarşılıq, mükafat budurmu?! Əgər Albani olmasaydı, sən kim idin ki, kimsən ki?! Hələbi!!! Əgər ona nisbət olunmasaydın, sən kim sayılacaqdın ki?! Əgər onun çəkisi olmasaydı, sənin nə ağırlığın olacaqdı ki?!

İman məsələlərini yaxşı öyrən, ey Hələbi. Murciəliyindən çıx. Həqiqi iman məsələlərinə mültəzim ol. Öz pisliklərini və əziyyətlərini zamanın gözəl insanı, şam diyarının muhəddisinə atma. Sən, inşəAllah çiyinlərdə cənazə içində sənin üçün xatırlamadığım əməllərinlə gedəcəksən, amma alləmə Albani isə inşəAllah qalacaqdır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir