Oxunma sayı: 72

Sual # : Şeyx Ubeyd əl-Cabiri – AbdulMəlik Ramadanidən çəkinin! O sələfin mənhəcini dağıdır


Tarix: 2018-02-18

Cavab # : Şeyx Ubeyd əl-Cabiri – AbdulMəlik Ramadanidən çəkinin! O sələfin mənhəcini dağıdır


Sual:
AbdulMəlik Ramadani barədə soruşuruq.

Şeyx Ubeyd əl–Cabiri:
AbdulMəlik Ramadani (mənhəc məsələlərini) qatıb-qarışdırır, xarab edir, ağlına və ağzına gələni danışır!!!

Sual verən:
Allah yardım etsin, Allah yardım etsin.

Şeyx Ubeyd əl–Cabiri:
Bəli, bəli!

Sual verən:
Yəni ki, şeyx, onu məsləhət bilmirsiz, hə?

Şeyx Ubeyd əl–Cabiri:
Yox, yox! Heç vaxt! Onu məsləhət bilmirik, Allah sizə bərəkət versin. İndi o, Hələbinin ətbalarındandır. Bəli, konkret olaraq.

Sual verən:
Şeyx, bizdə burada Liviyada onun köhnə kitabları var.

Şeyx Ubeyd əl-Cabiri:
Köhnə kitablarından elm tələbəsi istifadə edə bilər. Xüsusən də xəvariclərə rəddiyyə mövzusunda, “Mədəriku ən-nazar” yaxşıdı.

Sual verən:
Hicab mövzusunda da kitabı var.

Şeyx Ubeyd əl-Cabiri:
Pis deyil. Köhnə kitablarına baxmaqda bir şey olmaz. Amma onun özü, sənə dediyim kimi. İndi isə başlayıb qatıb–qarışdırmağa, həqiqətən o, (sələfin mənhəcini) dağıdır. “Amman” risaləsinə verdiyi tərifində Hələbini dəstəkləyir, baxmayaraq ki, orada küfr şeylər var.

Sual verən:
“İnnə lilləhi və innə ileyhi raciun”. Allah razı olsun, şeyx.

Şeyx Ubeyd əl-Cabiri:
Allah qorusun. Valideynlərə salam de.

Sual verən:
Allah razı olsun, şeyx. Əssələmu aleykum.

Şeyx Ubeyd əl-Cabiri:
Aleykumussələm va rahmatullah

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

 

solette noene dove comprarle