Oxunma sayı: 54

Sual # : Şeyx Süleyman Ruheyli – (2-ci dəfə danışdı) Hələbi və s. bidətçilər haqda şeyx Abbadın tərifini gətirənlər


Tarix: 2018-02-18

Cavab # : Şeyx Süleyman Ruheyli – (2-ci dəfə danışdı) Hələbi və s. bidətçilər haqda şeyx Abbadın tərifini gətirənlər


Şeyx Süleyman ər-Ruheyli:

Həmd Allahadır, özündən sonra peyğəmbər gəlməyəcək Peyğəmbərə Allahın salamı və salavatı olsun. Mən, indi məmləkətdən xaricdəyəm, mənə çatdı ki, orada bir səs yazım yayılıb ki, mən, şəri üsul-qayda olan bir məsələ barəsində danışmışam. O da budur ki, bildiyi bir elmlə insanı öz əsli halından çıxaran alimin sözü həmin şəxsi öz əsli halında saxlayan alimin sözündən öndədir. Bu məqamda da Məribi mövzusunu və eyni zamanda da özümü və şeyx Abdul Muhsin Abbadı misal çəkdim ki, şeyx Abdul Muhsin bu şəxs barədə ona verilən yazıları oxumurdu və onun barəsində verdiyi hökmünü və tərifini də yalnız və yalnız onun köhnədən olan, əsli halına əsasən verməkdədir. Şeyx bu məsələdə üzrlüdür. Çünki şeyx, Məribinin dəyişməsindən elmsizdir. Amma onun halının dəyişməsini bilən və bildikləri elmlə onu öz əslindən çıxaran (ona bidətçi hökmü verən) alimlərin sözləri önə çəkilir. Buna görə də onun halından xəbərdar olan kəsə – “Mən, bu məsələdə şeyx Abdul Muhsinə təqlid edirəm”. – deməsi icazəli deyildir! Və ya icazəli deyil belə desin ki: Alimlər onun barəsində ixtilaf ediblər, mən də istədiyim sözü seçməkdə azadam “.

Səs yazım əsnasında və ondan sonra da bu mövzu barədə danışırdıq. Amma kimsə iddia edirsə ki, mən, “İnsanlar barədə şeyx Abdul Muhsinə müraciət etmək olmaz” demişəm, yox, belə bir şey deməmişəm. Şeyx Abdul Muhsinə olan tərifim bəllidir, onun isə buna ehtiyacı yoxdur. Əgər mütləq olaraq belə demiş olsaydım, onda sözüm qüvvədən düşmüş və ona tərəf baxılmayan bir söz olardı. Alimlərə ehtiram etmək, onların fəzilətlərini tanımaq və fıtnələrdə tələsməmək elm tələbələrinə vacibdir! Səsi yazan kəsə onu yaymamışdan öncə icazə alması lazım idi. Qərar verdim ki, inşəAllah məclislərimdə ancaq elmi suallara cavab verim. Allah alimlərimizin ömürlərinə bərəkət versin, bizi də, elm tələbələrini də hidayət etsin.

Yazdı:
Suleyman ibn Səlimullah ər-Ruheyli 26 Şaban 1438 | 22 May 2017
Bu fətva şeyxin telegram səhifəsində yayımlandı:

https://goo.gl/ABwf0c

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir