Oxunma sayı: 39

Sual # : Şeyx Süleyman Ruheyli – Hələbi və s. bidətçilər haqda Şeyx Abbadın tərifini dəlil gətirənlər


Sual verən:

Bəzi alimlər kiminsə əslinə görə hökm veriblər, bəziləri isə bildikləri şeyə görə hökm veriblər

Tarix: 2018-02-18

Cavab # : Şeyx Süleyman Ruheyli – Hələbi və s. bidətçilər haqda Şeyx Abbadın tərifini dəlil gətirənlər


Şeyx Süleyman ər-Ruheyli:

Bəli! İnsanı öz əslindən çıxaran bildikləri şeyə görə hökm veriblər. Yəni, açıq-aydın deyirəm ki, şeyximiz şeyx Abdul Muhsin Abbadın insanlara verdiyi hökmü insanın əsli halına əsasəndir və yazılmış şeyləri oxumur. Şeyx oxumur. Çünki ona hər hansı bir şey gətirildikdə, onu yandırır. Ona görə də şeyx, bəzi şəxslər barəsindəki sözünü və tərifini onun əsli halına əsasən, köhnədən bildiyi şeylərə görə deyir. Şeyx bu şeylərdə üzrlüdür. Allah ondan razı olsun. Amma bu yerdə belə deməyəcəyik ki, şeyx Abdul Muhsin belə dedi, filankəs şeyx də elə dedi. Çünki şeyxin yolunu neçə illərdən bəri tanıdığımıza görə bilirik ki, şeyx, sözünü insanın əsli halına əsasən deyir. Lakin danışan alimlər isə öz dedikləri sözlərini hansısa insanlardan sonradan ortaya çıxmış işlərə əsasən, nəqllərə, yeni–yeni şeylərə, yeni–yeni sözlərə, ifadələrə əsasən deyirlər. Misal olaraq bu Əbul–Həsən Məribi kimi tanınan Suleymani… İşin əvvəlində deyirdim ki, ay qardaş, onun barəsində heç kəs danışmayıb, ola bilsin ki, onun dedikləri sözləri salamatdır, təmizdir, qoy işi alimlərə buraxaq, bəzi problemləri müalicə etsinlər. Lakin bidət olan üsul-qaydalar təsis etməyə başladı, bidət əhlinin yoluna düşdü və çönüb onlardan biri oldu. Ona görə də əgər hansısa bir alim öz hökmünü kiminsə əsli halına əsasən deyərsə, onda biz deyirik ki, öz sözlərini kiminsə əsli halından əlavə olan, bildiyi bir şeylərin üzərində quran alimin sözü əsli hallara görə danışıb, xəta edəndən öndədir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir