Oxunma sayı: 58

Sual # : Şeyx Nəcmi – Şeyx Rabi Sünnənin aslanıdır.


Tarix: 2018-02-04

Cavab # : Şeyx Nəcmi – Şeyx Rabi Sünnənin aslanıdır.


Şeyx Əhməd ən-Nəcmi:

Şeyx Rabi Əhli Sünnədəndir, hətta onların ən fəallarından və Sünnəyə tabe olmaqda, onu müdafiə etməkdə onların ən yaxşılarındandır. Ona görə də bəzi sələfi qardaşlar onu “Sünnənin şiri” (əsədus-sunnə) adlandırmışlar. Şeyx Rabi barədə pis danışmaq icazəli deyildir. Əhli Sünnə barədə pis danışmaq icazəli deyildir. Onlara vacibdir ki, Allahdan qorxsunlar, Əhli Sünnə barədə pis danışmaqdan həzər etsinlər, çünki bu əməllərinin zərəri barəsində danışılan kəsdən daha pis onların özlərinə qarşı olacaqdır. Mən onları bu əməldən çəkindirirəm, Allahdan qorxsunlar, belə əməldən çəkinsinlər, bu batil əməldir. Vacibdir ki, insan özünə fayda verən şeylərə baxsın, zərərli şeylərdən uzaq dursun.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir