Oxunma sayı: 36

Sual # : Şeyx Əhməd ən-Nəcmi – şeyx Rabi və şeyx Zeyd Mədxali – hər ikisi nəsihətçi sələfi alimlərdəndir.


 

Sual:

Hörmətli şeyx Əhməd, belə deyən şəxs barədə fikriniz nədir: Mən şeyx Zeyd əl–Mədxali və şeyx Rabi əl–Mədxalini qəbul etmirəm, onların alim olmalarını etiraf etmirəm, mən ancaq şeyx Abdul Aziz ibn Bəzi qəbul edirəm.

Tarix: 2018-02-04

Cavab # : Şeyx Əhməd ən-Nəcmi – şeyx Rabi və şeyx Zeyd Mədxali – hər ikisi nəsihətçi sələfi alimlərdəndir.


Şeyx Əhməd ən-Nəcmi:

Allahdan onu hidayət etməsini, doğru yola qaytarmasını istəyirik. Həqiqətən də şeyx Rabi və şeyx Zeyd Mədxali – hər ikisi nəsihətçi sələfi alimlərdəndir. Ona vacibdir ki, bunları etiraf etsin, bildirsin və onlara tənə etməsin. Çünki onlara tənə etmək onların daşıdıqları Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) Sünnəsinə tən etməkdir.

Bəli, deyirik ki, onlar xətadan məsum deyillər, lakin yolları sələfilikdir. Elm tələbələrinə vacibdir ki, onların kitablarını oxusunlar, oradan və ya başqa yerdən haqqı öyrənsinlər. Amma hizbilərin kitablarından uzaq dursunlar. Əgər şeyx ibn Bəzdən birbaşa götürürsənsə, onda şeyxə yaz, soruş ki, filankəslər necədir, sonra da onun cavabını götür. Əgər desə ki, onlar hizbidirlər, onlarda xeyir yoxdur, onda tutduğun bu yolunda davam edərsən. Amma mən dəqiq bilirəm ki, (Şeyx ibn Bəz) onları (Şeyx Rabi və Şeyx Zeydi) tərifləyəcək.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir