Oxunma sayı: 69

Sual # : Şeyx Süleyman Ruheyli – Qadınların toyda dəf çalıb, mahnı oxumasının hökmü


Sual:

Anam məndən toyumda qavalla çalğı olmasını və qadınların mahnı oxumasını istəyir. Lakin səsləri kişilər tərəfə də çatacaq. Anam da deyir ki, əgər belə etməsən bacıları gəlməyəcək və qəzəblənəcəklər. Bunu etməyim icazəlidirmi və nə nəsihət edərdiniz?

Tarix: 2018-02-04

Cavab # : Şeyx Süleyman Ruheyli – Qadınların toyda dəf çalıb, mahnı oxumasının hökmü


Şeyx Süleyman Ruheyli:

Dəf çalmaq məsələsi belədir ki, birincisi dəf aləti budur ki, bir tərəfdən dəri ilə örtülür, o biri tərəfdən isə açıq olur və enli bir alətdir. Qadınların nikah (toy) məclislərində dəf çalması sünnədir və müstəhəbdir, qadınların öz aralarında pis sözlər olmadan mahnı oxumalarına da izn var. Kişilər yaxında olarsa, səsin onlara gedib çatmasında bir zərər yoxdur. Lakin gərək ki səs, mikrafon qoyularaq kişilər tərəfə çatdırılmasın.

Amma nağara, zərb, ud, gitara, kamança və baraban – bütün bunların hamısı həm kişilərə, həm də qadınlara haramdır, icazəli deyildir, bu məsələdə heç kəsə itaət olunmur. Yaradana asilik olan şeylərdə yaradılmışa itaət yoxdur. Beləliklə, dəf çalmaq və pis sözlər olmadan mahnı oxumaqla kifayətlənilir. Bundan savayı alətlər və ya pis mənalar olan pis mahnılar icazəli deyildir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir