Oxunma sayı: 29

Sual # : Şeyx Nəcmi – ‘Mucməl sözü təfsilatlı sözə yönəltmək’ qaydası


Tarix: 2018-02-04

Cavab # : Şeyx Nəcmi – ‘Mucməl sözü təfsilatlı sözə yönəltmək’ qaydası


Şeyx Əhməd ən–Nəcmi:

Mucməl sözü təfsilatlı sözə yönəltmək qaydası ancaq Allahın və Rəsulunun sözünə aid olub, alimlərin sözünə daxil deyildir. Alimlərin sözünə baxılır, əgər bir alimdə ayrı–ayrı müxtəlif sözlər tapılarsa, onda onun sözləri axtarılır, oradan–buradan sözləri cəm olunur və onun məsələsi nəyin üzərində, necə olmasına baxılır. Amma sözlərinə heç bir tərəfdən nə bir şəkk, nə bir dəyişkənlik, nə də bir fərqlilik, müxtəliflik daxil olmayan Məsum olanın sözünə gəlincə isə, onun sözlərində qeydsiz (mutləq) deyilmiş sözləri qeydli (muqayyəd) sözlərinin üzərinə daşınır. Amma müxtəlif dəyişkənliklərlə və ürəklərinə hücuma keçən müxtəlif şeylərlə təsir altına düşən alimlərin və başqa insanların sözlərində isə belə deyilməz ki, mucməlləri təfsilatlı sözləri ilə başa düşülsün. Bu məqamda deyilmiş bu sözü Əbu Həsən Məribidən başqa heç kəsdən eşitməmişdik.

Mənbə: Səhih Muslimin şərhi dərsi 05/01/1424

Qeyd:
Alimlər Seyyid Qutubun bidətlərini bəyan edib, özünə rədlər verdikdə Əbu Həsən Məribi gələrək onu müdafiə etmək üçün bu qaydanı ixtira etdi. Sonradan da Əli Hələbi ona tabe olaraq bu qaydadan istifadə edərək öz bidətlərini və müxtəlif bidətçilərin bidətlərini müdafiə etdi.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir