Oxunma sayı: 39

Sual # : Şeyx İbn Bəz – ‘İxvanul Muslimin’ camaatı 72 azmış firqəyə daxildirmi?


Sual:

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) ümmətin firqə–firqə olacağı barədə belə demişdir: ‘Mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Onların hamısı Cəhənnəmə düşəcək, yalnız birindən başqa…’

Məgər şirk və bidətlər edən təbliğ camaatı və firqə–firqə olub əmr sahiblərinə qarşı asilik edən ixvanul muslimin camaatı həlak olan firqələrdəndirmi?

Tarix: 2018-02-04

Cavab # : Şeyx İbn Bəz – ‘İxvanul Muslimin’ camaatı 72 azmış firqəyə daxildirmi?


Şeyx İbn Bəz:

Bəli, onlar yetmiş iki firqəyə daxildir. Əhli Sünnə və əl–Cəməanin əqidəsinə müxalif olan hər kəs yetmiş iki firqəyə daxildir. Hədisdə “ümmətim” deyildikdə, itaətkar ümmət qəsd edilir. O kəslər ki, Allahın əmrlərinə boyun əyir və Ona tabeçilik göstərirlər. Nicat tapmış, salamat, nöqsansız firqə Allaha tabeçilik göstərib Onun dini üzərində sabit olan firqədir. O ki qaldı yetmiş iki firqəyə, onlar bir neçə qismdir: Onlardan kafir olanı da, asi olanı da, bidət əhli olanı da var.

Sual verən:
Yəni, bu iki firqə yetmiş iki firqəyə daxildir?

Şeyx İbn Bəz:

Bəli, daxildir. Murciələr, xəvariclər də ora daxildirlər, düzdür, bəzi elm əhli xavaricləri kafir sayırlar, amma yetmiş iki firqədən sayılırlar.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir