Oxunma sayı: 113

Sual #432 : Şeyx Ubeyd əl-Cəbiri – ‘Mucməl sözü təfsilatlı sözə yönəltmək’ qaydası


Sual:

Allah sizə xeyir və bərəkət versin. “Mucməl sözləri təfsilatlı sözlərə yönəltmək” qaydasını izah edərdiniz. Bu, ixtilaflı məsələdirmi?

Allah sizə bərəkət versin, Allah bilir ki, mən sizi Allah üçün sevirəm.

Tarix: 2018-02-04

Cavab #432 : Şeyx Ubeyd əl-Cəbiri – ‘Mucməl sözü təfsilatlı sözə yönəltmək’ qaydası


Şeyx Ubeyd əl–Cəbiri:

Allah da səni sevsin.

“Mucməl sözləri təfsilatlı sözlərə yönəltmək” qaydası barədə imam Şövkəni (Allah ona rəhmət etsin) bu qaydanın ancaq Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) sözlərinə tətbiq edilməsi barədə müsəlmanların (yəni, alimlərin) icmasını nəql etmişdir. Güman edirəm ki, həmçinin də muradı bütün (Quran və Sünnə) dəlillərdir.

Son zamanlar bu məsələdən geniş danışılır və əslən bu məsələyə aid olmayan şeyləri də, buna daxil ediblər. Bu isə bəzən bidətləri və sonradan uydurma şeyləri yumşaltmağa, etinasız yanaşmağa aparıb çıxarır. Misal olaraq biri bidət gətirib, kimlərsə də deyir ki, onun mucməl sözü gərək təfsilatlı sözlərinə yönəldilsin. Bu isə doğru deyildir. Xəta elə xətadır, hətta Sünnə sahibindən baş versə də belə. Əhli Sünnə vəl–Cəməə elə sələfilərin, əsər əhlinin, hədis əhlinin özüdür və insanların sözlərini və əməllərini iki mizanla ölçürlər: nass (Quran və sürmə dəlilləri) və icma. Əgər dəlilə və icmaya müvafiq olmazsa, hətta Əhli Sünnənin imamlarından bir imam olsa belə bu müxaliflik baş verən kəsə rədd olunar.

Əlavə olaraq deyim ki, imamların və alimlərin sözlərindən çox oxumaqla bu aydın olur ki, məsələ bu sayacağım hallardan kənara çıxmır:

Birinci hal:
Xəta sələfi bir alimdən baş versin, bu halda xətaya rədd verilir və alim isə bu xətaya (ayaq büdrəməsinə) görə təqib olunmur, hörməti mühafizə olunur, şəxsiyyəti qorunur.

Rəddiyyə dedikdə yəni ki, sələflərin fəhmi ilə Kitab və Sünnə dəlilləri üzərində bina olunmuş elmi, saf rəddiyyəni qəsd edirik.

İkinci hal:
Alimin bir məsələdə bir neçə sözləri var. Bu halda dəlillə ən yaxşı halda olan sözünə baxırıq, racih bunu seçirik və qalanları isə tərk olunur.

Üçüncü hal:
Alimin iki–üç sözü var, bəzisi onun barəsində səhihdir, sabitdir, digərlərinin isə ona nisbət olunması zəifdir, ondan gələn rəvayət sabit deyil. Bu halda məsələdə olan sözlərindən səhihi qəbul olunur, qalanları isə tərk olunur. Bu halın mövcudluğu çoxdur. Görürsən ki, imamların əshabı bəzən onlardan etdikləri nəqllərində xəta edirlər.

Dördüncü hal:
Alim məsələ barədə sözünü bir yerdə qısa, başqa bir yerdə isə ətraflı danışıb, bu halda onun bir sözü digərinə daşınır və belə deyilir ki, burada qısa danışıb, o biri yerdə geniş bəyan edib. Şeyxülislam ibn Teymiyyədən bu cür şeylər çox görmüşəm, deyir ki, bu məsələ barədə filan yerdə geniş danışmışam. Həmçinin də elm əhlinin çoxundan da bu cür şeylər görməkdəyik.

Bu məsələ barədə indi yadıma gələn budur. Bununla da aydın oldu ki, “mucməl sözü təfsilatlı sözə yönəltmək” qaydası Quran və Sünnə dəlillərinə aiddir, sair bəşər sözlərinə gəlincə isə bu cür mütləq olaraq aid etmək xətadır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir