Oxunma sayı: 153

Sual #431 : Şeyx Raslan – ‘Mucməl sözü təfsilatlı sözə yönəltmək’ qaydası


Tarix: 2018-02-04

Cavab #431 : Şeyx Raslan – ‘Mucməl sözü təfsilatlı sözə yönəltmək’ qaydası


Şeyx Raslan:

“Ey fitnələrin atası”, sələfilər adi xətalarla mənhəc xətalarının arasında fərq qoyur və həmçinin də alimin ayaq büdrəməsini də (zəllə) yaxşı tanıyırlar. Sonra da alimin bu ayaq büdrəməsi ilə (zəlləsi) bidətçinin bidəti arasında da fərq qoyurlar. Sən isə bu ikisini də eyni tutursan!!! Nifrət, kin–küdurət sənin bəsirətini tutub, kor edib, fikirləşmədən nə gəldi danışırsan.

Sünnə əhli alimlərin qeydsiz dedikləri sözlərini də (yəni, itləqatlarını) tanıyırlar, bilirlər. Sən isə bunları “mucməl” adlandırırsan. Əhli Sünnə bu qeydsiz deyilmiş sözlərə (itləqatlara) öz şərtləri və qaydaları daxilində riayət də edir və alimin ehtimal və işkəl olan sözlərini başqa sözləri ilə aydın olması üçün cəm etməyi də qadağan etmirlər, görsünlər ki, hər iki sözündə eyni yolla, eyni xətlə gedib, yoxsa biri digərinə ziddir? Bu cəm, bir alimin sözləri arasındadır. Bundan da məqsəd budur ki, o alim hər iki yerdə haqla və dəlillərlə gedənlərdəndirmi? Bu halda onun təmizliyi, pislikdən uzaqlığı bilinir, qorunur… Yoxsa ki, iki yoldan birində başqa şeyə meyl edir? Bu halda da bu meyli ilə ona ittiham olunub, hökm verilib, hesaba çəkilər.

Amma mütləq sözləri qeydli sözlərə, mucməl sözləri aydın sözlərə və ümumi sözləri xüsusi sözlərə yönəltmək, yozmaq yalnız və yalnız Allahın sözlərində və ya məsum Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) sözlərində olur.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir