Oxunma sayı: 51

Sual #430 : Şeyx Əhməd ən-Nəcmi – Kim Şeyx Rabiyə tənə edirsə, bu dəlildir ki, o kəs bidətçidir!


Tarix: 2018-02-04

Cavab #430 : Şeyx Əhməd ən-Nəcmi – Kim Şeyx Rabiyə tənə edirsə, bu dəlildir ki, o kəs bidətçidir!


Sual verən:
Necəsiniz, şeyx?

Şeyx Əhməd ən–Nəcmi:
Allaha həmd edirik.

Sual verən:
Şeyx, Allah üçün sizi sevirəm.

Şeyx Əhməd ən-Nəcmi:
Allah da sizi sevsin.

Sual verən:

Şeyx, bir nəfər var, ona sələfi mənhəcinə uyğun olaraq nəsihət etmişik. Lakin indi onun barəsində qardaşlar arasında ixtilaf düşüb, bəziləri deyir ki, artıq ona nəsihət etməyin, ona nəsihətlər olunub. Mən də dedim ki, bu şəxs üz döndərir, şeyx Rabi kimi hədis əhlinə tənələr edir. Şeyx, ona uzun müddət nəsihətlər olunub.

Şeyx Əhməd ən–Nəcmi:

Artıq o adamı tərk etmək vacibdir. Madam ki yeddi ildən bəri nəsihət edirsiniz, o da nəsihəti qəbul etmir, onu tərk (həcr) edin. Bəzi sələfilər deyərdilər: Əgər Kufə əhlindən kimisə Sufyan Sövriyə tənə edən görsən, bil ki, bidətçidir. Mərv əhlindən kimisə Abdullah ibn Mubərəkə tənə edən görsən, bil ki, bidətçidir və s.

Kim şeyx Rabiyə tənə edirsə, bu dəlildir ki, o kəs bidətçidir. Çünki o kəs bidət sahiblərini önə çəkir, tərif edir, cilalayıb onu insanlara yaxşı göstərir, Aid Qarni və başqaları kimilərini. Allah bizə bəsdir, O nə gözəl Himəyədardır. Onu tərk edin, uzaqlaşdırın, ondan uzaq durun və kənarlaşın.

Sual verən:
Allah sizə bərəkət versin, şeyx.

Şeyx Əhməd ən-Nəcmi:
Sizə də.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir