Oxunma sayı: 36

Sual # : Şeyx Raslanın Hələbiyə rəddiyyəsi – IV Hissə – Ey Hələbi, Şeyx Albani sağ olsaydı, sənin mənhəcindən razı olmazdı!


Misirin alləməsi
Muhəmməd Səid Raslənin (Allah şeyxi qorusun)
azğın Əli Abdul Həmid əl-Hələbiyə verdiyi
“Taliatu ar–raddi alə əl–Hələbi” adlı rəddiyyəsi

IV Hissə

Tarix: 2018-02-04

Cavab # : Şeyx Raslanın Hələbiyə rəddiyyəsi – IV Hissə – Ey Hələbi, Şeyx Albani sağ olsaydı, sənin mənhəcindən razı olmazdı!


Şeyx Raslan:

Görəsən, əgər şeyx Albani sağ olsaydı, sənin bu məsləyindən razı qalardımı, sənin sözlərini və əməllərini iqrar edib, dəstəkləyərdimi? Görəsən, əgər şeyx həyatda olsaydı, kreslonda mismarlanaraq, kompyuterin klaviaturasına sarılaraq günlərini, gecələrini, aylarını və illərini zay etməyindən razı qalardımı?

Fiirləşirsən ki, böyük bir cihaddasan, amma sələfilərin səflərini parçalamaqdan, müsəlmanların aralarına nifrət və ixtilaflar salmaqdan başqa bir istəyin yoxdur. Həqiqətdə isə sən, bəzi təcrübəsiz uşaqlara aldanmısan, biri səni şeyx deyə çağırır, o biri ustaz, digəri isə müəllim deyə vəsf edir!

Yoxsa ki, İordaniyada, Ammanda və sənin yaşadığın məhəlləndə əqidəsini bilməyən, öz bidətlərinə sarılmış, zəlalətlərində itib-batmış, ibadət etməyən kəslər yoxdurmu? Yoxsa ki, o kəslərə şirkdən salamat qalmaları, bidətdən qurtulmaları və ibadətlərini və davranışlarını düzəltmək üçün onları öyrətməkdə “fərzu ayn” və ya “fərzu kifayəlik” səndən düşmüşdür?! Ey Hələbi! Yoxsa ki sən, pisliyi yaxşı, zəlaləti hidayət, xətanı da Allaha yaxınlıq hesab edirsən?! Yoxsa ki o şeylərlə ki günah və haramlarını artırırsan onları Allaha yaxınlaşdıran ən yaxşı əməl hesab edirsən?! Bilmirsənmi ki, açdığın o “Dirar saytı”-nda müsəlmanların ətləri yeyilir, aralarına düşmənçiliklər salınır, vəhdətləri dağıdılır, namuslarına dil uzadılır, pərdələri yırtılır, sirləri açılır, ömürləri zay olur, qəlbləri sərtləşir və bəsirət gözləri kor olur?

Bütün bunların hamısında sənin günahın da, səninlə birgə olanların günahları da sənin üzərinə düşür, bəli, sənin üzərinə düşür. Necə ki, rəhmət və hidayət Peyğəmbərimiz (ona Allahın salamı və salavatı olsun) demişdir ki, “Kim zəlalətə çağırarsa, ona tabe olanların günahları da onun üzərinə düşür və o tabeçilərin günahlarından da heç bir sey azalmır”.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir