Oxunma sayı: 46

Sual # : Şeyx Raslanın Hələbiyə rəddiyyəsi – III Hissə – Ğulatların imamı və təkfir şeyxi – Hələbi.


Misirin alləməsi
Muhəmməd Səid Raslənin (Allah şeyxi qorusun)
azğın Əli Abdul Həmid əl-Hələbiyə verdiyi
“Taliatu ar–raddi alə əl–Hələbi” adlı rəddiyyəsi

III Hissə

Tarix: 2018-02-04

Cavab # : Şeyx Raslanın Hələbiyə rəddiyyəsi – III Hissə – Ğulatların imamı və təkfir şeyxi – Hələbi.


Şeyx Raslan:

Öz sözlərinə fikir vermədiyinə görə “təkfirdə düşdüyün təhlükələrdən biri də mənə dediyin “Diqqətli ol, ay professor, adlarından payları olmayanlar səni aldatmasınlar” sözündür ki, bununla (oğlum) Abdullahı qəsd edirdin. Sənə deyirəm ki, adı Abdullah (Allahın qulu) olan kəsin əgər öz adından payı yoxdursa, o kəs ya heç bir məbuda ibadət etmir, bu, ateistlikdir, ya da Allahdan başqasına quldur ki, bu da təkfirdir. Ağzından çıxanı heç özün başa düşürsənmi?

Ey Hələbi, ey “ğulatların (həddi aşanların) imamı”, ey təkfir şeyxi, bəsdir səninki, yenə də qayıtdın “ğulatlığa”. Ətrafında sənin üçün təbil vurub, tütək çalanlar səni aldatmasın, onlar Allah yanında sənə heç bir şeylə kömək edə bilməyəcəklər. Özü də onların çoxu sənə nifrət edən, sənə düşmən olan kəslərdir. Lakin fikirləşirlər ki, sən – Ammanın dəccalı, yalançısı, Məkkənin sadiqindən (şeyx Rabidən) onlar üçün daha sevimlidir. Onlar səni dəstəkləsələr də səni sevdiklərinə görə sənə yardım etmirlər, sənə yardımları başqasına olan nifrətlərinə görədir, ağıllı ol, düşmənlərinin çoxluğu ilə öyünmə!

Sonra isə, Dəmmacda baş verənlər səni narahat etmədimi, Məribdə olanlar sənə ağrı çəkdirmədimi, İordaniya və Daffəyə istədikləri şeylər, “İmam Albani” mərkəzinin özü üçün istənilən şeylər səni həyəcanlandırmırmı?! Vay olsun sənə! Özün dediyin kimi – ey, “xarici aləmdə baş verənlərin hamısından xəbərdar olan”, İslam diyarlarında baş verənləri görmürsənmi? Yoxsa ki, qəlbinin korluğu və nəfsinin azğınlığı o dərəcəyə çatmışdır ki, insanları öz batil fikirlərinlə məşğul edir, öz gecə söhbətlərinlə onları aldadırsan, onlar da öz dini üsullarını və ibadətlərinin əsaslarını öyrənməkdən, dinləri üçün istənilən pislikləri və İslam ölkələri üçün qəsd olunmuş məkrləri öyrənməkdən, bilməkdən yan qalmışlar?!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir