Oxunma sayı: 31

Sual # : Şeyx Raslanın Hələbiyə rəddiyyəsi – II Hissə -Hələbinin Misir hakimini təhqir etməsi və xəvaric adlandırması


Misirin alləməsi
Muhəmməd Səid Raslənin (Allah şeyxi qorusun)
azğın Əli Abdul Həmid əl-Hələbiyə verdiyi
“Taliatu ar–raddi alə əl–Hələbi” adlı rəddiyyəsi

II Hissə

Tarix: 2018-02-04

Cavab # : Şeyx Raslanın Hələbiyə rəddiyyəsi – II Hissə -Hələbinin Misir hakimini təhqir etməsi və xəvaric adlandırması


Şeyx Raslan:

Hələbi həmçinin də Misir hakimiyyətinə tən edir, Misir ordusuna və rəhbərinə xəvaric deyir və başqa nə qədər özünə aid olmayan şeylər. Ona demişdim ki: “Hər dəfə ziyarət etdikdə öz qollarını sənə açan Misir, gərək səni bura buraxmasın, bundan o tərəfə gərək ki, boynunun ardına bir şillə ilişdirsin”.

Qorxdu, getdi istədiyi vaxt gedib–gəlmək üçün özünə yer edən sözlər danışmağa başladı. Sonra isə “ğüluv” əhlindən olan quyruqları ona dedikdə ki, “necə axı, sən, Misir rəhbərini tərifləyirsən?” Cavab verdi ki, “Tərifləmir, istehza edir”. Misirdəki mövqeyindən qorxduqda isə dedi ki, tərifləyir, istehza etmir! Allah bunun dilini kəssin, (istehza edərək) dedi ki, “yəqin olaraq bilirəm ki, “siyasət” əhli üç formadadır: səsə, susu, sisi”.

Bax, bu cür boş-boş danışıb, açıq-aydın hərc-mərclik yaradır: (səsə, susu) (Misir hakiminin adını ələ salır). Düz de görək, sən nəylə məşğulsan?! Sonra da dedi ki:

“Onlar (yəni, Misir hakimiyyəti) öz rəiyyətləri üçün çox rəhmli, şəfqətli, onları ən yaxşı tanıyanlardır…”.

Baxmayaraq ki, özünün səs yazısı var, orada deyir ki, səcdələrində Misir ordusuna qarşı bəd dua edir! Görəsən, bu ara qarışdıran, insanları qızışdıran Misirdən və əhlindən nə istəyir? İnsanları qızışdırıraraq qaldırmasıyla və verdiyi fətvalarla Suriyada qanların tökülməsi, namusların ayaqlar altında tapdalanması, kəndlərin və şəhərlərin darma–dağın olması kifayət etmədimi?!

Bütün bu şeylərin və bunlardan da çox–çox şeylərin baş verməsini nəzərə alaraq Hələbinin zəlalətlərinə rəddiyyə vermək vacib oldu. “Məqalələri” adlandırdığı bu şeylərdə törətdiyi işlərə baxaraq, rəddiyyədən öncə bu müqqəddiməni vermək lazım idi.

İndi isə Allahdan yardım diləyərək Hələbiyə qarşı rəddiyyə…

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir