Oxunma sayı: 58

Sual #426 : Şeyx Raslanın Hələbiyə rəddiyyəsi – I Hissə -Hələbinin Şeyx Raslanı və oğlunu təkfir etməsi


Misirin alləməsi
Muhəmməd Səid Raslənin (Allah şeyxi qorusun)
azğın Əli Abdul Həmid əl-Hələbiyə verdiyi
“Taliatu ar–raddi alə əl–Hələbi” adlı rəddiyyəsi

I Hissə

Tarix: 2018-02-04

Cavab #426 : Şeyx Raslanın Hələbiyə rəddiyyəsi – I Hissə -Hələbinin Şeyx Raslanı və oğlunu təkfir etməsi


Şeyx Raslan:

Allaha həmd olsun, özündən sonra heç bir peyğəmbər gəlməyəcək Peyğəmbərə Allahın salat və salamı olsun. Bu, Allahın verdiyi güc və qüvvətlə Hələbiya qarşı yazdığım rəddiyyənin birinci hissəsidir.

Hələbi müsəlmanların arasında təfriqəçilik salmaq və Sünnə və Sünnə əhlinə qarşı vuruşmağa yardım etmək üçün açdığı “Dirar forumu” (zərər vurmaq) saytının üzvlərindən biri orada məni təkfir edən bir məqalə yazıb. Bu münasibətlə də iki cümləylə danışdım ki, bu “Dirar” saytının sahibi (Hələbi) məsuliyyəti öz üzərinə götürsün və günahından tövbə etsin. Lakin o isə bu iki cümləni gördükdə çirk və irin dolu bir partlayışla partladı və sözü dartıb uzatmaq üçün və ağılsızları, səfilləri və axmaqları aldatmaq üçün ədəbi cümlələrlə danışmağa və ərəblərin şeirlərindən və kəlamlarından sitatlar gətirməyə başladı. İndiyədək də onun qəzəbi və axmaqlığı, kəlamları bəzəyərək özünü ədəbi dildə danışan kimi aparması onu qazan kimi qaynadıb–daşdırmaqda davam edir. Hətta iş o yerə gəlib çatdı ki, Hələbi ircadan çıxıb təkfirə düşdü. Belə sözlər atmağa başladı ki, kim Zəmzəm suyunun yuya bilmədiyi günahlara düşərsə, müti, boynu bükük halda Avalidə yaşayanın (şeyx Rabini qəsd edir) yanına getsin, onun qarşısında qurbanlar kəssin və sədəqələr versin! Yalan yerə belə sözlər atmağa başladı ki, Avalidə yaşayan (şeyx Rabini qəsd edir) ibadət olunan məbuddur, kim onun yanına gedirsə, boynu bükük, zəlil halda gedir və qarşısında qurbanlar kəsir və sədəqələr verir! Bu həddini aşmış axmaqcıq bununla da kifayətlənmədi və Abdullaha da (şeyx Raslanın oğluna) təkfir atdı və dedi: “Öz ismindən, adından heç bir payı yoxdur”. Bax beləcə. Adı Abdullah olan müsəlman barədə əgər “adından heç bir payı yoxdur” deyilərsə, 0 ya ateist olaraq heç bir şeyə ibadət etmir, ya da ki, Allahdan başqasına ibadət edir ki, bu da kafirdir!

Sonra da “ğulatların” lideri olan, müsəlmanları parçalayan bu Hələbi nəzm kimi nəzm olmayan, şeir kimi də şeir olmayan mənasız söz yığını ilə danışıb, məni söyməyə başladı. Bəli, Allaha and olsun ki, məni söyür. Allah Öz qullarına lütfkardır və Allahın lütfündəndir ki, bəlalarla, qəm-qüssələrlə, kədərlərlə və dərd–sərlərlə dolu olan bu günlərdə özünü şair kimi göstərən belə birisini qarşımıza çıxarmışdır ki, öz yazıları ilə ümməti güldürərək, zorla olsa da qəmdən, qüssədən və tam olmasa da hüzndən, kədərdən çıxarsın.

Məni söydüyü şeirində deyir:

Cahilcəsinə və təqlid edərək danış,
Bu danışıq da əsilli, köklü haqdan üstündür,
Ey dövranım, zamanım…

“Ey dövranım, zamanım?!” Heç özünə hörmət edən şair də belə söz söyləyərmi?! “Ey dövranım, zamanım.” Bunu ancaq musiqi yazanlar deyə bilər! Ay Əli, sən bizə mahnımı oxuyursan?

Bəzi şeirlərinin qafiyəsində də delə deyir:
“ənvarul-məkəni”, “qad kəfəni”, “ləfəni”…(mənasız sözlər)

Mənlə məsləhətləşsəydi ona bəzi qafiyələr verərdim:
“kəni”, “məni”, “Əli əz-Zələbəni”… və.s

Qısa olaraq:

Bu sarsaq öz məqaləsində bu cür müsibətlər və başqa nələr və nələr gətirdikdə, ona acil bir risalə ünvanladım, durumu ona vəsf etdim, insanların onun özü və məqaləsi barədə ixtilafda olmalarını bildirdim. Bildirdim ki, bəziləri onun barədə və saytı barədə çox pis şeylər danışırlar və sitat olaraq bütün sözləri də gətirdim. Həmçinin də barəmdə dediyi sözləri bildiyim halda özümü bilməməzliyə vurdum. Hətta onu tərifə bənzər məzəmmət də etdim.

Bütün bunların hamısını ona görə etdim ki, onun üçün qapını bir az açıq qoyum ki, öz əvvəlki doğru yoluna dönsün, ağlına müraciət etsin, azğınlığından əl çəksin, lakin o istəyimi anlamadı, əksinə, getdi başladı sarsaqlamağa, məni söydü sonda da şeytanı onu mənim üstümə sövq etdi, bu da məni təkfir etdi.

Bax beləcə ircadan təkfirə. Bunun və bunun mislində olan bidət əhli barədə əvvəlki sələflər necə də doğru demişlər:

“Sünnəyə müxalif olan hər bir kəs mütləq ziddiyata düşməlidir”.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir