Oxunma sayı: 71

Sual #425 : Şeyx Fovzan – Bidət nədir və bidət edənə hüccət qaldırmaq lazımdırmı?


Sual:

Artıq bəzi cavanlarda belə bir yeni fikir, yeni rəy yayılıb. O da bundan ibarətdir ki, onlar deyirlər: “Bidət edən insana hüccət qaldırılmamış və biz də yəni, bu cavanların özləri də – bu bidətlə qane olmamış ona bidətçi demirik. Elm əhlinə müraciət etməmiş, özləri bunun bidət olub-olmaması qənaətinə gəlirlər. Əhli Sünnə vəl-Cəməanın bu mühüm məsələdə mövqeyi nədir? Bu cavanlara nəsihətiniz nə olardı?

Tarix: 2018-02-04

Cavab #425 : Şeyx Fovzan – Bidət nədir və bidət edənə hüccət qaldırmaq lazımdırmı?


Şeyx Saleh əl-Fovzan:

İlk olaraq deyirəm ki, bidət dindən olmayan şeylərin sonradan ortaya çıxarılmasıdır. Bidət dində Allahın Kitabından və Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) Sünnəsindən heç bir dəlil olmadan ortaya çıxarılan şeylərdir, istər nələrisə artırmaqla, istərsə də azaltmaqla.

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) deyir:

“Kim bizim bu dinimizdə ondan olmayan şeylər icad edərsə, o, rədd olunar.”

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) deyir:

“Yeni çıxmış işlərdən uzaq durun! Hər bir yenilik bidətdir, hər bir bidət zəlalət, hər bir zəlalət də Cəhənnəmdədir.”

Allah təalə deyir:

“Rəbbinizdən sizə nazil olana tabe olun, Ondan başqa havadarlarınıza tabe olmayın, necə də az öyüd-nəsihət qəbul edirsiniz.” (Əraf surəsi, 3)

Elə isə bidət, dində ondan olmayan şeyləri ortaya çıxarmaqdır. Amma sualda gəldiyi kimi bidət bu kimlərinsə görüşləri ilə bilinməsi, onların bidət gördüyü şeylər bidət adlanıb, bidət görmədikləri şeylər bidət adlanmaması demək, bu şeylərin heç biri onların həvaları ilə ölçülmür. Bu məsələlər bunlara qaytarılmır, əksinə məsələlər Allahın Kitabına və Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) Sünnəsinə qaytarılır. Yoxsa ki Sünnə insanların tanıdığı, bidət isə tanımadığı şeylər və ya Sünnə kimlərinsə razı qaldığı, bidət də başqa kimsələrin xoşlamadığı şeylər deyildir. Allah təalə bizləri nə öz ağıllarımıza, nə də ki, başqa insanların görüşlərinə həvalə etməmişdir. Əksinə Öz Rəsuluna (sallAllahu aleyhi və səlləm) endirdiyi vəhylə bizləri bu şeylərə möhtac etməmişdir. Sünnə Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) gətirdiyi, bidət də onun gətirmədiyi şeylərdir, həm sözlər, həm də feillər. Heç bir kəs hər hansı bir şeyi Allahın Kitabına və Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) Sünnəsinə qaytarmadıqca ona bidət deyə bilməz.

Amma müəyyən şəxsə bidətçi hökmü verməyə gəlincə isə, dində özündən ortaya bidət çıxaran, yenilik edən hər bir şəxsin özü bidətçi və əməli də bidət adlanır. Amma o şəxsin özü ilə Allah arasında olan şey, o şəxsin bu əmələ görə cəzalandırılmasına gəlincə, bu məsələ ona hüccətin qaldırılmasına bağlıdır. Əgər bu əməlin bidət olması və Peyğəmbərin gətirdiyi dinə müxalif olması ona bəyan olunarsa və o da öz əməlində davam edərsə, bu halda 0, Allah yanında cəzalandırılacaqdır. Yox əgər bu əməli cahillik səbəbi ilə edər və bunun haqq olduğunu zənn edərsə və özünə də bu əməl bəyan olunmuş olmazsa, bu, özü ilə Allah arasında üzrlü olar və Allah tərəfindən cəzalandırılmaz. Lakin faktiki hal olaraq o kəs bidətçi olur və əməli də bidət olur, biz də bununla bidətçi müamiləsi edirik. Əməli bidətdir, çünki Allahın Kitabına və Peyğəmbərin Sünnəsinə müxalifdir. Hətta cahil olsa da belə bu belədir. Amma Allahla öz arasında cəzalandırmağa gəlincə isə bu, əvvəldə keçən təfsilat üzrədir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir