Oxunma sayı: 107

Sual #424 : Şeyx Əli Musa – Hələbi və Məşhurun tələbələri deyir ki, hakim müsəlman olsa da, şəri hakim sayılmır


Sual:

Salmanın, Məşhurun, Hələbinin və başqa cərh olunmuşların bəzi tələbələri belə deyirlər ki, hakim müsəlman olsa da mütləq olaraq Allahın hökmü ilə hökm vermədikdə şəri hakim sayılmır. Bu hakimə beyət və itaət yoxdur, yalnız “məsləhə və məfsədə” baxımından edilir. Sonra da deyirlər ki, bu söz Əhli Sünnənin sözüdür.

Tarix: 2018-02-04

Cavab #424 : Şeyx Əli Musa – Hələbi və Məşhurun tələbələri deyir ki, hakim müsəlman olsa da, şəri hakim sayılmır


Şeyx Əli Musa:
Deyirəm ki, bu, xəstəlikdir və şeytanın vəhyindəndir. Necə ki, Allah təala deyir:

“Şeytan öz dostlarına vəhylər edir ki, onlar sizlərlə mücadilə etsinlər.” (Ənam, 121)

Bütün bunlar bu bidətçilərin hamısının ağıllarını ələ almasıdır. Bunlara müvafiq olanlardan da Misirin bidətçiləri – Əbu İshaq Huveyni, Mustafa Adəvi, Yəsir Burhəmi, Əhməd Nəqil, peyğəmbər yolundan başqasını tutmuş Usəmə Abdul Azim, Vahid Bəli, “Hizbun–nur” və həmçinin də “İskəndəriyyə” mədrəsəsinin hamısı, Muhəmməd Yəqub, bütün bunların hamısı bu söz üzərindədirlər. Bunlar deyirlər ki:

“Allahın nazil etdiyi ilə hökm verməyən hakimlər şəri (qanuni) hakim deyil”, – “bu hakimlərə beyət etmək onlara vacib deyil”, bunlara qulaq asmaq və itaət etmək “məsləhə və məfsədələr” babındandır”. Bu da o deməkdir ki, günlərin birində onu öldürməyə əllərinə fürsət düşərsə, gücləri çatarsa və bunda “məsləhə” olsa, onu öldürəcəklər. Allah bunları öldürsün ki, cavanları belə şeylər üzərində tərbiyə edirlər. Hakimləri üç qismə bölürlər:

1. Beyət etməyin icazəli olduğu şəri hakim, bu hakim Allahın endirdiyi ilə hökm verən hakimdir;
2. Beyət olunmayan hakim, bu kafir hakimdir;
3. Müsəlman hakim, lakin buna beyət etmək olmaz, buna beyət etmək onlara vacib, deyil. Lakin “məsləhələrə nail olmaq və məfsədələri” uzaqlaşdırmaq baxımından buna qulaq asılır və itaət edilir.
Bu qafillər belə deyirlər.

Sual verən bunu əlavə etdi ki, onlar bunu sələfin sözü olduğunu deyirlər. Neçə illər bundan qabaq bu barədə onlara meydan oxuyaraq sələflərdən bir əsər gətirmələrini istədim. Bütün ömürləri boyu qalsalar da belə, hətta Qiyamət gününədək qalsalar da belə sələfdən bir əsər belə gətirə bilməzlər ki, hakim müsəlman hakimdir, amma ona beyət yoxdur və ona “məsləhə və məfsədə” baxımından itaət olunur.

Maraqlıdır ki, birinci dəfədir eşidirəm ki, Məşhur da bu oyuna daxil olub. Məşhurla kim? Hələbi və Salman əl–Avaşi. Hə, Salman qatı təkfirçidir. Amma Hələbiylə, Məşhur da bu şeyləri deyirsə, sual verən qardaşdan rica edirəm ki, onların bu sözlərini əsaslı formada gətirsin ki, insanları da bundan çəkindirək. Çünki təəssüflər olsun ki, bunlar əsrimizin alləməsi Albaninin tələbələri olmuşlar, buna görə də ola bilsin ki, bəzi insanlar onların bu sözlərindən aldana bilər. Allah yardım etsin, Allah yardım etsin.

Bizim bu barədə “Təhziru ənəm mimmən qalə bi şuğuliz-zəmən an iməm” adlı silsilə dərslərimiz var. Sual verənə və həmçinin də başqalarına nəsihət edirəm ki, bu dərslərə qulaq assınlar. Orada bu şübhələrə cavab vardır. Buna cavab çox uzundur.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir