Oxunma sayı: 58

Sual #422 : Şeyx Muqbilin ölüm öncəsi Məğraviyə qoyduğu şərt: Xətalarından dön!


Tarix: 2018-02-04

Cavab #422 : Şeyx Muqbilin ölüm öncəsi Məğraviyə qoyduğu şərt: Xətalarından dön!


Alləmə Muqbil ibn Hədinin həyat yoldaşı, fəzilətli şeyxa Ummu Sələmə öz “Rihlətu əl–əxira” (digər adı: “Rihlətu əl–Vadəa”) kitabında səh.25-də şeyx Muqbilin ölüm öncəsi müalicə üçün xaricə göndərilməmişdən qabaq Məkkədə olduğu vaxtlar onu ziyarət edənlərdən danışdıqda deyir:

Şeyx Rabi ibn Hədi əl–Mədxali və şeyx Muhəmməd Cəmil Zuynu şeyx Muqbili çox ziyarət edənlərdən idilər…

…Muhəmməd Məğrəvi də şeyxin yanına gəlmişdi. Şeyx Əbu AbdurRahmən ona nəsihət etdi ki, kitab yazsın və onun barəsində ondan nəql olunmuş bütün xətalardan dönsün. Əgər onun barəsində nəsə kəsib–doğrayıb yazıblarsa, onda sözünü tam olaraq gətirsin. Sonra da bir nüsxəsini şeyx Rabiyə, bir nüsxəsini də şeyxə (Muqbilə) göndərsin. Elə bunun üzərində də ayrıldılar.

Əbu Abdul Aziz Osman ibn Seyyid Əhməd əl-Məğribi risalə yazmış və Məğravinin xətalarını bəyan etmişdir. Şeyx (Muqbil) həmin bu risaləni oxudu və Məğravinin üzərinə şərt qoydu ki, risalədə zikr olunan xətalardan dönsün və ya əgər onlar xəta ediblərsə, rədd versin.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir