Oxunma sayı: 41

Sual # : Şeyx Useyminin Məğravi haqda son fətvası: Məğravi qiyamçı inqilabçıdır, çəkin ondan!


Şeyx Muhəmməd ibn Saleh əl-Useyminə Muhəmməd Abdurrahmən Məğravinin “Aqidətus–sələfiyyə” kitabından (zalım hakimə) beyət etməmək barədə sözü oxunulur. Bu da şeyxin vəfatından təqribən bir il öncə olmuşdur.

Tarix: 2018-02-04

Cavab # : Şeyx Useyminin Məğravi haqda son fətvası: Məğravi qiyamçı inqilabçıdır, çəkin ondan!


Tələbə Şeyx Useyminlə salamlaşıb, hal–əhval tutduqdan sonra Məğravinin sözlərini şeyxə oxuyur:

Məğravi “Aqidətus–sələfiyyə” kitabının 16-cı səhifəsində deyir:

“Bax gör şəri beyət necə olur. Məlik Abdullah ibn Dinardan, o da Abdullah ibn Ömərdən rəvayət edir ki, Peyğəmbərə (sallAllahu aleyhi və səlləm) qulaq asıb, itaət etmək üzrə beyət etdikdə deyərdi: Bacardığınız şeylərdə. Qulaq asıb, itaət etmək Allah və Rəsulunun hökmlərində və Allah və Rəsulunun hökmlərini çatdırana, Allahın şəriətinə əməl edənə, hədləri (cəzaları) tətbiq edənə, məzlumun haqqını zalımdan alıb, məzluma verənə, aralarında ədaləti qurana, onlara namaz qıldırana, onlardan zəkat yığana, həcc ibadətlərini yerinə yetirənə, kafirlərlə cihad edənə, özünü qoruduğu kimi onları da qoruyana, kasıblarını doyurana və xəstələrini müalicə edənə aiddir. Bunları yerinə yetirən kəs dostluğa və şəri (qanuni) beyətə layiq olan, haqqı çatan kəsdir. Bundan başqası üçün olan isə sadəcə bu haqqı oğurlamaq və cəsusluq, oğruluq sayılır ki, bunu da insanların ağıllarına hakim olmuş bir toplum yerinə yetirməkdədir.”

Şeyx Useymin:

Bu insan qiyamçı inqilabçıdır!!!
Bu insan qiyamçı inqilabçıdır!!!
Bu, baş verənləri başa düşmür, anlamır!!!

Sual verən:
Allahu Əkbər!

Şeyx Useymin:

Bilmir ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) hakimlər hər şeyi yığıb özlərinə saxlasalar da belə, insanların haqqı olduğu şeyləri öz adamlarına versələr də belə, insanların bellərinə–bellərinə vura-vura, mallarını əllərindən alsalar da belə hakimlərə qulaq asıb, itaət etməyi bizlərə əmr etmişdir. Əhməd ibn Hənbəl və başqaları kimi böyük imamların başına gələnləri bu adam başa düşməyib! O imamların indi mövcud olan hakimlərdən daha pis, şiddətli olan o xəlifələrlə etdiyi müamilələri bu adam başa düşməmişdir! O hakimlər insanları Qurana məxluq deməyə məcbur edirdilər.

Sual verən:
Allah sizə bərəkət versin, ey şeyx!

Şeyx Useymin:
Bundan və bunun kimilərdən çəkin! Çəkin bu adamdan!

Sual verən:
Allah sizə bərəkət versin, ey şeyx!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir