Oxunma sayı: 62

Sual #416 : Şeyx Muhəmməd əl-Bənnə – Təkfirçi Məğravi haqqında


Məğravinin sözləri şeyxə oxunur:

“Təəssüflər olsun ki, axır zamanlarda insanların çoxu ya özləri də hiss etmədən, ya da kamil bir cahilliklə mürtəd olurlar. Amma elmlilərə gəldikdə və küfr əsaslar barədə boş-boş çərənləyənlər isə bunlar, hər an mürtəd olurlar. Bunlar belə iddia edirlər ki, İslamdan yapışırlar, lakin İslam bunlardan uzaqdır. Çünki heç vaxt İslamın küfrlə bir araya gəlməsi mümkün deyildir. Belə olduqda da ya xalis İslam, ya da qap–qara mürtədlik! Ulduz parlayıb yanan, bəzədilmiş cahiliyyə şüarlarından yan qaçmaq lazımdır.”

Tarix: 2018-02-04

Cavab #416 : Şeyx Muhəmməd əl-Bənnə – Təkfirçi Məğravi haqqında


Şeyx Muhəmməd əl-Bənnə:

Bu, açıq-aydın xəvariclikdir. Allahdan onu hidayət etməsini diləyirik. Onun barədə danışdıqda onun tərəfdarlarını (ətbalarını) görürsən ki, az qala səni öldürmək istəyirlər. Bu isə “ixvanul-musliminin” halıdır. Allah sənə bərəkət versin, dediyimiz budur ki, Allah ona hidayət versin. Özümüzü Kitab, Sünnə və səhabələrin fəhmi ilə sakitləşdirir və tutduğumuz yolu insanlara bəyan edirik. Kimsə tutduğumuz bu yola müxalif olub, bizdən ayrılarsa biz nə etməyilik ki? Allah Öz Peyğəmbərinə müxaliflərlə, şübhə əhliylə danışmaq üslubunu bəyan etmişdir, biz də ona tabe olduğumuza görə bu bizə də aid olur. Siz bizə qarşı çıxmısız, bizlik bir şey yoxdur. Ya siz hidayət, biz isə zəlalət üzrəyik, ya da biz hidayət, siz zəlalət üzrəsiniz. Belə olduqda hökm kimindir? Hökm Kitab və Sünnənindir. Biz sizə qarşı da heç bir kiçik əziyyət belə vermirik, etdiyimiz ancaq hikmətlə davranışdır.

Elə isə doğru yolda olan, yaxud (haqq yoldan) açıq-aydın azan bizik, yoxsa siz? De: Siz bizim etdiyimiz günahlar barəsində sorğu-sual olunmayacaqsınız, biz də sizin etdiyiniz günahlar barəsində sorğu–sual olunmayacağıq! (Səbə surəsi, 24–25)

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir