Oxunma sayı: 57

Sual #413 : Şeyx Suheymi – Təkfirçi Məğravi haqqında


Şeyx Saleh əs-Suheyminin Məğravinin təkfirçi mənhəcini bəyan etməsi, Seyyid Qutubdan qaynaqlanmasını deməsi və onu tövbəyə çağırması

Məğravinin “İndi yer üzündə müsəlman yoxdur, hamısı münafiqlərdir” – sözü şeyx Suheymiyə oxunduqda, şeyx dedi:

Tarix: 2018-02-04

Cavab #413 : Şeyx Suheymi – Təkfirçi Məğravi haqqında


Şeyx Saleh əs-Suheymi:

Güc və qüvvət yalnız Allahındır. Bu, zalım bir hökmdür, bu, zalım bir hökmdür!!! Qısaca deyirəm ki, bu, zalım hökmdür, həddi aşmaqdır və ümumən, bütün müsəlmanlara şamil olunmuş bir hökmdür. Xüsusi ilə belə deməsi ki, yüzdə yüz bütün müsəlmanlar…

Heç bir şəkk yoxdur ki, indi də, bundan öncə də nifaq da olub, münafiqlər də. Lakin sözü bu cür ümumi deyib, bütün müsəlmanlara aid etmək ki, “indi müsəlmanlar yoxdur, insanların hamısı münafiqdir”, bu söz heç bir vəchlə icazəli deyildir və çox təhlükəli bir sözdür. İstər Muvattanın şərhində deyilmiş söz olsun, istərsə də başqa yerdə deyilmiş söz olsun, bu sözü tamamən silmək vacibdir. Bəli, sözü silmək və söz sahibinin də Allaha nasuh, səmimi tövbə ilə tövbə etməsi vacibdir! Çünki bu kəs yüzdə yüz deməklə bütün müsəlmanları təkfir etdi!

Bu söz mənə bir şeyi xatırlatdı. Ərəb ölkələrindən birində bir kişi demişdir: “Məndən, zövcəmdən və Hindistanda bir nəfərdən başqa insanların hamısı kafirdir”. Bunun sözü həmin o kişinin sözünə bənzəyir. Əksinə o kişi özü, zövcəsi və başqa biri olmaqla üç nəfəri istisna edərək yerdə qalan insanlara kafir demişdir, bu isə bütün müsəlmanlara hökm verir ki, indi yer üzündə müsəlman qalmayıb. Bəli, bunun sözünün tələb etdiyi budur, çünki heç bir istisna etməmişdir. Bu sözün son dərəcə təhlükəli olmasında heç bir şəkk yoxdur. Bunun sözü bütün müsəlmanlara şamil olunmuş bir söz olub, təhlükəli, zalım bir hökmdür. Bunun sözündə bütün müsəlmanların hamısına şamil olunmuş xavaric hökmü vardır! Bunun da mənası budur ki, indi yer üzündə bir nəfər də olsun müsəlman qalmamışdır. Bu sözlər çox vaxt həddi aşaraq bütün müsəlmanların artıq dindən çıxaraq mürtəd olduqlarını deyən Seyyid Qutubun “Ziləl” və başqa kitablarından götürülmüş, bütün müsəlmanların hamısına ümumi verilmiş hökmlərdəndir. Onun iddiasına görə yer üzündə artıq bir nəfər də olsun, hətta Allahın şəriətini tətbiq etməyə çağıranlardan da belə bir nəfər də olsun müsəlman qalmamışdır. Heç bir şəkk yoxdur ki, bu sözlər və ya bu cür heç bir qeydsiz, ümumi işlədilmiş sözlər və ya bu cür sözlərlə müsəlmanlara verilmiş hökmlər sənin miskin, bədbəxt, cahil bir yazardan gətirdiyin bir sözdür. Bu sözlərin sahibləri elmi elm əhlindən, elmi sələfi alimlərdən almamış, elmi qərb və ya şərq ədəbiyyatından götürmüş və yaxud da öz ictihadlarından götürdükləri fikirlər və fəhmlərdir. Bu kəslərə deyirik: Allahdan qorxun! Sözləriniz bəzisini (haqq olanını) deyin! Bu hökm mənim bildiyim ən zalım hökmlərdəndir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir