Oxunma sayı: 55

Sual #406 : Şeyx Fovzan – ‘Cəmilər’ və ‘Mədxəlilər’ deməklə fəzilətli alimlərə ləqəblər qoşmayın!


Sual verən:

Şeyximizdən istəyirik ki, bir məsələyə diqqət versin. O da budur ki, axır zamanlarda bəzi tələbələrin arasında belə bir şey yayılmışdır: Bəzi sözləri dinlənilən alimlərə “Cəmiyyə”, “Mədəxilə” adlar, ləqəblər qoşurlar. Bu adla da şeyximiz, alim Muhəmməd Əmən əl–Cəmini (Allah ona rəhmət etsin) və fəzilətli şeyximiz Rabi ibn Hədi əl–Mədxalini (Allah onu qorusun və qədəmlərini sabit etsin) qəsd edirlər.

Tarix: 2018-02-04

Cavab #406 : Şeyx Fovzan – ‘Cəmilər’ və ‘Mədxəlilər’ deməklə fəzilətli alimlərə ləqəblər qoşmayın!


Şeyx Saleh əl-Fovzan:

Bu, az öncə verdiyimiz cavaba daxildir. Belə şeyləri, belə ləqəb qoşmaları tərk edin. Bir–birinizə ləqəblər qoşmayın. Allah təalə buyurur:

“Bir–birinizə ləqəblər qoşmayın!” (Hucurat, 11)

Hamınız qardaşsınız. Hamınız eyni dinin əhlisiniz. Hamınız yoldaşsınız. Allaha həmd olsun. Belə şeyləri kənara atın. Alimlərə ehtiram edin, alimlərə ehtiram edin! Alimlərə ehtiram etməyən alimlərin elmindən məhrum olur, onlardan faydalanmaqdan məhrum olur! Bir-birinizə ləqəblər qoşmağı tərk edin. Fəzilət sahibi olan alimlərə və insanlar içərisində yüksək məqam sahibi olan alimlərə adlar qoşmaqdan əl çəkin! Allah onları yüksək məqamlara yüksəldib.

“Allah sizlərdən iman gətirənləri və elm verilmiş kəsləri dərəcələrlə yüksəldir!” (Mucədələ surəsi, 11)

Alimlərin yüksək məqamları var, qədir-qiymətləri var, hörmətləri var. Əgər alimlərə etibar olunmazsa, güvənilməzsə, bəs kimə etibar olunub, güvənilər?! Əgər alimləri etibardan salsan, insanlar kimə müraciət edəcək?! Heç bir şəkk yoxdur ki, bu, hiylədir. Şəkk yoxdur ki, bu, insanların arasına yeridilmiş pis bir fikirdir. Buna diqqət yetirmək vacibdir. Belə şeyləri kənara atmaq, bundan uzaq durmaq və insanlara bunu qadağan etmək vacibdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir