Oxunma sayı: 106

Sual #405 : Şeyx Fovzan – Şeyx Rabi haqda mənim adımdan kimsə nəsə deyirsə, dəlil gətirsin.


Sual:

İnternetdə “əl-Əsəriy” saytı var. Sizdən öz mənhəclərinə dəstək olan bəzi fətvalar gətirirlər. Sual verən deyir ki, onlar həddi aşmış kəslərdir, elm əhli arasında nəmmamlıq edib, ara vururlar, xüsusən də şeyx Rabi əl-Mədxali barədə.

Bu haqda nə deyərdiniz? Allah razı olsun.

Tarix: 2018-02-04

Cavab #405 : Şeyx Fovzan – Şeyx Rabi haqda mənim adımdan kimsə nəsə deyirsə, dəlil gətirsin.


Şeyx Saleh əl-Fovzan:

Bu gün yalan şeylər çoxdur. Mənim də adımdan, başqalarının da adından çox yalanlar danışırlar. Kim mənə hər hansı bir söz və ya fətva nisbət edirsə, gərək ki, fətva verənin ya əlyazmasıyla, ya da səsi ilə gətirsin. Amma mücərrəd nisbət etmək ki, filankəs belə deyib, elə deyib, filan fətvanı verib, bu qəbul deyil. Çünki bu gün yalan çoxdur. Elm əhlinin, əmr sahibinin və ümumən insanların adından çox yalanlar danışılır. Onların adından yalan danışmaq, aralarına fitnə–fəsad salmaq şərdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir