Oxunma sayı: 41

Sual # : Şeyx Fovzan – Ümmətin fəzilətli alimləri – Şeyx İbn Bəz, Şeyx Useymin, Şeyx Abbad, Şeyx Rabi və s.


Tarix: 2018-02-04

Cavab # : Şeyx Fovzan – Ümmətin fəzilətli alimləri – Şeyx İbn Bəz, Şeyx Useymin, Şeyx Abbad, Şeyx Rabi və s.


Şeyx Saleh əl-Fovzan:

Bizim ölkəmizdəki örnək götürüləcək elm əhli, kasetləri və dərslərindən faydalanılacaq kəslər əlhəmdulilləh ki, çoxdurlar və hamısı da tanınırlar, onları tanımayan yoxdur, istər kənddə, istər şəhərdə, böyük, kiçik hamı elm əhlini tanıyır. O elm əhli ki, söz sahibləridir, onların etdikləri örnəkdir, bu ümmətə fətva verənlər, qazilik edənlər, dərs deyənlər və s. işlər görənlər onlardır. Bu kəslər elmlə, təqva ilə, qorxu ilə tanınmışlar. Alimlərimizin başında hörmətli şeyx Abdulaziz ibn Bəz (Allah onu qorusun) durur. Allah təalə ona dərin elm, saleh əməl, Allaha tərəf dəvət, ixlas, sadiqlik kimi şeylərlə nemətlər vermişdir. Bunlar heç kimə gizli deyildir. Allaha həmd–sənalar olsun ki, şeyxdən bir çox xeyirlər gəlmişdir: kitablar, kasetlər, dərslər. Həmçinin də “Nurun aləd-dərb” proqramında fətva verən alimlərin də fətvalarından ümmət qane olmuşdur, çünki fətvaları haqqa isabət etməsi və sözlərinin də faydalı olması görünmüşdür. Hörmətli şeyx Abdul Aziz ibn Bəz, fəzilətli şeyx Muhəmməd ibn Saleh əl–Useymin, qazilərdən ibarət fəzilət sahibləri, çünki qaziliklə və insanların malları və namusları ilə maraqlanan, qayğısına qalan yalnız elminə etibar olunan kəslərdir. Buna görə də qazilər etibar olunası şəxslərdir. Çünki əmr sahibi onlara əmin olmuş, ümmət də onlara əmin olmuşdur. Həmçinin tanınmış alimlərdən, dəvətdə əməyi olan alimlərdən:

Fəzilətli şeyx Abdul Muhsin əl–Abbad, fəzilətli şeyx Rabi ibn Hədi əl-Mədxali, fəzilətli şeyx Saleh əs-Suheymi,
fəzilətli şeyx Muhəmməd Əmən əl-Cəmi.

Bütün bunların dəvətdə əməkləri var, ixlas əhlidirlər, qəsdli və ya qəsdsiz şəkildə dəvət yolundan azmaq istəyən kəslərə rəddiyyələri vardır. Bunlar təcrübə sahibləridir, insanların dedikləri sözləri tanıyırlar, xəstəni sağlamdan ayırd etmək qabiliyyətləri vardır. Onların kasetlərini, dərslərini yaymaq və onlardan faydalanmaq vacibdir. Bunlarda müsəlmanlar üçün çox böyük fayda vardır. Xəta etməsi bilinməyən, mənhəcində, yolunda və ya fikrində azğınlığı bilinməyən hər bir alimdən elm götürülür.

5 Rabiul Axir, 1417 h.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir