Oxunma sayı: 52

Sual #396 : Şeyx Liheydan – Şeyx Rabi kimsə haqda elmsiz danışmır


Tarix: 2018-02-04

Cavab #396 : Şeyx Liheydan – Şeyx Rabi kimsə haqda elmsiz danışmır


Sual:
Şeyx Rabi ibn Hədi Umeyr əl-Mədxalinin şeyx Yəhya əl-Həcuridən çəkindirməsi sözü götürülürmü?

Şeyx Saleh əl-Liheydan:

Mən belə etiqad etmirəm ki, şeyx Rabi kimisə barəsində yalan danışsın, kimisə tanımadan danışsın. Danışırsa, deməli onu tanıyır.

Sual:
Şeyxin sözü götürülürmü?

Şeyx Saleh əl-Liheydan:

Götürməkdə heç bir problem yoxdur. Mən özüm o kəsi (Həcurini) tanımıram və dediyi heç bir şeyi də oxumamışam ki, onun barəsində deyəcəyim sözü hər hansı bildiyim şeylər üzrə qurum.

Sual:

Şeyx Rabi deyir ki, ona dəfələrlə nəsihət edib, nəsihət edib, nəsihət edib, lakin o xətalarından dönmədi. Şeyx dəlillərlə danışıb.

Şeyx Saleh əl-Liheydan:

Başqalarından elm alın, elm təkcə onda (Həcuridə) çərçivəyə salınmayıb ki!

Sual:
Şeyx, onu müdafiə edən də ona aid olunur, bu belədir?

Şeyx Saleh əl-Liheydan:

Yox, onu müdafiə etmə. Yalnız hər bir eybdən salamat olan kəsi müdafiə et.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir