Oxunma sayı: 85

Sual #292 : Şeyx Liheydan – Şeyx Rabi səhih əqidə üzərindədir və heç bir alim ondan çəkindirməyib


Sual:

Bəzi internet saytlarda, bəzi şəxslər şeyx Rabi ibn Hədi əl-Mədxali barədə danışırlar, deyirlər ki, guya şeyx Rabi şəriət əmrlərinə müxaliflik edir və ondan çəkindirirlər. Bu barədə nə deyə bilərsiniz?

Tarix: 2018-02-04

Cavab #292 : Şeyx Liheydan – Şeyx Rabi səhih əqidə üzərindədir və heç bir alim ondan çəkindirməyib


Şeyx Saleh əl-Liheydan:

Bunun zülm və düşmənçilik olmasında heç bir şəkk-şübhə yoxdur!

Biz, Şeyx Rabidən şəriətə müxaliflik deyə bir şey bilmirik. Tanınmış alimlərin hər hansı birinin ondan çəkindirməsini də bilmirik.

Amma bir elm tələbəsi digəri ilə ixtilaf etdikdə, gərək heç biri digərinə qarşı təhqiredici etirazlar etməsin. Çünki elə bir elm əhli yoxdur ki, ixtilafa düşməsin. Belə olduqda birinin digəri barədə dediyi söz yalnız müxalifliyi isbat edən dəlil gətirildikdə qəbul olunur.

Mən, Şeyx Rabidən şəriətə müxaliflik deyə bir şey bilmirəm. Amma bilirəm ki, o, Əhli-Sünnədəndir, bilirəm ki, o, səhih əqidə üzərindədir. Onun barədə mənə görünən və mənə çatan budur.

Elm əhlini xətakar göstərmək, onları cərh etmək və insanları onlardan çəkindirmək müsəlmanlara heç bir xeyir gətirməz. Bu, yalnız parçalanmaya və firqəçiliyə səbəb olur. Bu əməl şərdir və heç bir xeyir yoxdur.

Allahdan hamını doğru yola yönəltməsini, qəlblərə qarşılıq olan sevgi salmasını istəyirik. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir:

İman gətirmədikcə Cənnətə girməzsiniz, bir-birinizi sevmədikcə də iman gətirməzsiniz.

Allahdan istəyirik ki, qəlblərimizi bir-birinə sevdirsin.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir