Oxunma sayı: 59

Sual #391 : Şeyx Liheydan – Ola bilsin, Allah təalə Şeyx Rabi üçün Cənnətdə elə bir uca məqamlar yazmışdır ki, onu qazanmağa əməl kifayət etmir


Sual:

Sual verirlər ki, bizdə Liviyada və Məğrib ölkəsində şeyx Rabi əl-Mədxali barəsində söz-söhbətlər artmışdır. Bəziləri şeyxin yazdığı risalələri bu əsrdə yazılmış və özündə heç bir yaltaqlıq kimi şeylər ehtiva etməyən ən üstün risalələrdən hesab edir.

Lakin bəziləri də vardır ki, şeyxi bidət və təkfir əhlindən hesab edir. Hörmətli şeyxdən bu barədə fikir bildirməsini istəyirik. Allah sizdən razı olsun.

Tarix: 2018-02-04

Cavab #391 : Şeyx Liheydan – Ola bilsin, Allah təalə Şeyx Rabi üçün Cənnətdə elə bir uca məqamlar yazmışdır ki, onu qazanmağa əməl kifayət etmir


Şeyx Saleh əl-Liheydan:

Ola bilsin ki, Allah təalə Şeyx Rabi üçün Cənnətdə elə bir uca məqamlar yazmışdır ki, onu qazanmağa əməl kifayət etmir və belə etmişdir ki, bu insanlar onun barəsində pis danışsınlar, Allah da onun dərəcəsini yüksəklərə qaldırsın, o birilərin də dərəcələri alçalsın.

Kişinin əqidəsinin salamat olmasınsa, pak, saf olmasınsa heç bir şəkk-şübhə yoxdur! Məsumluq isə Peyğəmbərlərdən başqa heç kəsə aid deyildir. Peyğəmbərlərdən başqa heç kəs məsum deyildir.  Lakin kişinin əqidəsi barədə bilirik ki, o, sağlam əqidəli birisidir.

İnsan xəta etdikdə, şair dediyi kimi:
Kimdir ki, bütün səciyyəvi xüsusiyyətləri hamını razı salsın,
Bir kəsə fəzilət olaraq kifayət edər ki, ayıbları sayılacaq qədər az olsun.

Yaxşı, şeyx barəsində danışan o cavanlar, onlar təqvada, elm öyrənməkdə, elmi gücdə və mərifətdə məgər elə böyük məqam sahibidirlər?! Gərək insan özü-özüylə məşğul olsun!

Alimlərdə xəta olduqda elm əhli onların xətalarını axtarmağa həris olmayıblar. Şeyxülislam ibn Teymiyyə çox mühüm, kiçik həcmli bir risalə yazmış və “Tanınmış imamlardan qınağın qaldırılması” adlandırmışdır.

Yəni, əgər hər hansı bir alim kimsə xəta edərsə, onun barədə. Misal olaraq, bəziləri gedib İbn Həcər və Nəvəvinin xətaları barədə danışanlar kimi…

Muhəmməddən (Allahın ona salamı və salavatı olsun) başqa insanlardan bir kəsin sözlərinin hamısı bütünlüklə haqq olmur!

İmam Malik Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) qəbrinə işarə edərək demişdir: “Hər bir kəsin sözü götürülər də, qaytarılar da, yalnız by qəbir sahibindən başqa.”

İstər Liviyada, istər Məğribdə, istərsə də burada olsun, gərək ki, bu cavanlar özlərinə görə Allahdan qorxsunlar və insanların namusları, elm tələbələrinin namusları, elm əhlinin namusları barədə pis danışmaqdan çəkinsinlər!

Sonra isə onlardan hər biri özlərinin insanlarla olan davranışına və Rəbbi ilə olan ibadətinə baxsın və Allahın dinini öyrənsin!

 

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir