Oxunma sayı: 117

Sual #388 : Şeyx Liheydan – Şeyx Rabi əl-Mədxali öz dinində çox zəkalı kişidir.


Tarix: 2018-02-04

Cavab #388 : Şeyx Liheydan – Şeyx Rabi əl-Mədxali öz dinində çox zəkalı kişidir.


Sual verən:
Əs sələmu aleykum.

Şeyx Saleh əl-Liheydan:
Və aleykum salam.

Sual verən:
Necəsiniz, şeyx Saleh?

Allah sizə bərəkət versin. Şeyx bir insandan elm almaq üçün o insanın hansı şərtlərə müvafiq olmasını bilmək istəyirik.

Şeyx Saleh əl-Liheydan:

Elə bir şərt yoxdur. Elm yalnız elm əhlindən alınmalıdır. Və mümkündür ki, bir nəfər bu şəxsdən sadə elm alsın, lakin çətin elmi almasın.

Sual verən:
Bəs təzkiyyənin olması şərtdirmi?

Şeyx Saleh əl-Liheydan:

Bəli, dinində etibarlı olduğunu bildiyin şəxsdən başqa heç kəsdən elm almaq olmaz. Abdullah ibn Mübərak buyurub: “Həqiqətən bu elm dindir, baxın görün dininizi kimdən götürürsünüz?”
İcazəli deyil ki, sən dinində səhlənkar olandan, bəzi haram və məkruh işləri görəndən elm alasan. Bu cür şəxsin icazəli olmayan şeyləri halal saymasından əmin deyiləm.

Sual verən:

Şeyx, bizə şeyx Rabi əl-Mədxali, şeyx Muhəmməd bin Hədi, Əhməd Bəzmulun Saleh əl-Ğəryəni haqqında sözləri çatıb. Onların bu şəxs barədə sözləri qəbul edilirmi və onlar etibarlı elm əhlindən hesab olunurlarmı?

Şeyx Saleh əl-Liheydan:
Əl-Ğəryəni, hansı ki, Liviyanın müftisidir?

Sual verən:
Bəli.

Şeyx Saleh əl-Liheydan:

Vallah, mən onun haqqında heç nə bilmirəm, yalnız bundan başqa ki, o sizləri oruc tutmağa ilzam etməyi ilə xəta etmişdir.

Sual verən:

Bəli, həmçinin o mitinqlərin vacib olmasını deyir, deyir ki, mitinqlər etmək hər kəsə fərzdir.

Şeyx Saleh əl-Liheydan:

Hər bir halda bu o deməkdir ki, o ixvan musliminin məzhəbindədir.

Sual verən:

Bu o deməkdir ki, o etibarlı şeyxlərin onun haqqında sözləri götürülür?

Şeyx Saleh əl-Liheydan:

Mən qısaca deyirəm ki, şeyx Rabi əl-Mədxali öz dinində çox zəkalı kişidir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir