Oxunma sayı: 107

Sual #385 : Şeyx Liheydan – Şeyx Rabinin bidət əhli haqda danışması qeybət deyil, Allah yolunda cihaddır.


Tarix: 2018-02-04

Cavab #385 : Şeyx Liheydan – Şeyx Rabinin bidət əhli haqda danışması qeybət deyil, Allah yolunda cihaddır.


Sual verən:
Şeyx Rabi alimlərin ətini yeyirmi?

Şeyx Saleh əl-Liheydan:
Necə? Necə?

Sual verən:
Şeyx Rabi alimlərin ətini yeyirmi?

Şeyx Saleh əl-Liheydan:
Alimlərin ətini yeyir?

Sual verən:
Şeyx, bildiyiniz kimi şeyx Rabi müxaliflərə rədlər verir.

Şeyx Saleh əl-Liheydan:
Yox, yox! Heç vaxt (alimlərin ətini yemir)! Onun mövqeyi, Allaha həmd olsun ki, gözəl mövqedir.

Sual verən:
Yəni, onun bidət əhli barədə belə danışmağı qeybətdir, yoxsa yox?

Şeyx Saleh əl-Liheydan:
Bidət əhli və azğınlar barədə danışmaq, inşəAllah, Allah yolunda cihaddandır.

Sual verən:
Tarixi zikr edərdiniz, ya şeyx.

Şeyx Saleh əl-Liheydan:
Adınız nədir?

Sual verən:
Əbu AbdulMəlik Məğribi.

Şeyx Saleh əl-Liheydan:
Əbu AbdulMəlik Məğribi 16 rabi səni ayı, dördüncü gün, məğribdən öncə, 1435-ci ildə bir neçə məsələlərdən suallar verdi. Bunlardan da bəziləri şeyx Rabi ibn Hədi əl-Mədxali barədə deyirlər ki, “o, bəzi insanlara rədlər verir və bu da qeybətdir” və xəbər verdim ki, bidətçilərə, pisliklər edənlərə və xətakarlara rədd vermək Allah yolunda cihaddandır.

Sual verən:
Allahın gözəl adları və uca sifətləri ilə Ondan istəyirəm ki, böyük alimlər heyətinin üzvü olan şeyximiz Saleh Liheydəni qorusun və onu Cənnət əhlindən etsin. Şeyx bizim üçün dua et.

Şeyx Saleh əl-Liheydan:
Allah sizi qorusun. Əssələmu aleykum.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir