Oxunma sayı: 44

Sual # : Şeyx Albani – Bu əsrdə cərh və tədil bayrağını haqqı ilə daşıyan şeyx Rabidir


Tarix: 2018-02-04

Cavab # : Şeyx Albani – Bu əsrdə cərh və tədil bayrağını haqqı ilə daşıyan şeyx Rabidir


Şeyx Albani:

Müxtəsər olaraq deyirəm:

Bu əsrdə cərh və tədil bayrağını haqqıyla daşıyan qardaşımız, professor Rabidir. Ona qarşı rəddiyyə verənlər heç vaxt elmlə rəddiyyə verə bilməzlər! Elm ondadır!

Hətta onunla olan bir çox telefon danışıqlarımda ona desəm də ki, əgər üslubunda bir az yumşaq olsa, həm onunla olanlara, həm ona qarşı olanlara daha yaxşı olar. Amma elm tərəfdən isə bu kişiyə rədd vermək mütləq olaraq mümkün deyildir! Sadəcə olaraq əvvəldə dediyim kimi üslubda müəyyən qədər sərtlikdən nəsə vardır.

Həm də (şeyx Rabi haqda) demək ki, o, (rədd verdiyi insanların yaxşıları ilə pislərini) tərəziyə qoymur (muvazənət etmir) – bu da çox boş, zəif bir sözdür. Bu sözü iki şəxsdən biri deyər:

– ya cahil biri, bunu öyrətmək lazımdır,
– ya da qərəzli biri, buna isə heç bir yolumuz yoxdur. Yalnız Allaha dua edək ki, onu doğru yola yönəltsin.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir