Oxunma sayı: 44

Sual # : Şeyx Rabi ilə Şeyx Useyminin Uneyzə şəhərində görüşü


Tarix: 2018-02-04

Cavab # : Şeyx Rabi ilə Şeyx Useyminin Uneyzə şəhərində görüşü


Şeyx Useymin:

Allah təaləyə həmd–sənalar edirik ki, qardaşımız, professor Rabi ibn Hədi əl–Mədxalini bu yerləri ziyarət etməyə müvəffəq etdi, belə ki, buralarda baş verən bəzi şeylərdən də xəbərdar olsun. Qardaşımız sələfilik üzərindədir, sələflərin yolu üzərindədir. Allah bizi də onu da xeyirlərə müvəffəq etsin.

Sələfilik dedikdə müsəlmanlara zidd gedən hər hansısa bir hizbiliyi qəsd etmirəm, sələfilik dedikdə yəni ki, öz mənhəcində sələflərin yolu üzərindədir, xüsusən də tövhidi həyata keçirməkdə və şirkdən uzaqlaşmaqda. Hamımız bilirik ki, tövhid Peyğəmbərlərin dəvətlərinin əsasıdır.

Uca Allah buyurur:
Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir ilah yoxdur, Mənə ibadət edin! ” – deyə vəhy etməyək. (Ənbiya, 25)

Qardaşımız, şeyx Rabi ibn Hədinin bu məntəqəyə, xüsusən də bizim Uneyzə şəhərimizə gəlməsi, heç bir şəkk yoxdur ki, bu gəlişin gözəl təsiri olacaq, insanların çoxusunun nələrisə şişirdib böyük göstərməsi və ya ara qarışdırması və ya ağzına gələni danışması səbəbi ilə onlara qaranlıq qalan məsələlər aydın olacaqdır. Nə çox insanlar vardır ki, haqq onlara bəlli olduqda alimlər barədə pis danışdıqlarına görə peşman olmuşlar.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir