Oxunma sayı: 65

Sual #368 : Şeyx Useymin – Şeyx Rabinin kitabına qayıdın


 

Sual verən deyir ki, möhtərəm şeyx, bu suala cavab verməyinizi xahiş edirəm.

Biz Seyyid Qutubun bir çox şeylərdə həddi aşdığını bilirik, lakin bircə şey var ki, bunu eşitməmişdim, bunu da bəzi elm tələbələrindən eşitdim, qane olmadım. Dedi ki, Seyyid Qutub “vahdətul-vücud” əqidəsini deyənlərdən olmuşdur. Təbii ki, bu söz açıq-aşkar küfrdür.

Sual:

Seyyid Qutub bu sözü demişdirmi? Allah sizdən razı olsun, buna cavab verərdiniz.

Tarix: 2018-02-04

Cavab #368 : Şeyx Useymin – Şeyx Rabinin kitabına qayıdın


Şeyx Useymin:

Mən Seyyid Qutubun az kitabını oxumuşam və onun halını da yaxşı bilmirəm. Lakin alimlər onun “Ziləlul-Quran” adlı təfsiri barədə kitablar yazmış və xətaları göstərmişlər.

Misal üçün: şeyx Abdullah Duveyş (Allah rəhmət etsin) və qardaşımız şeyx Rabi əl-Mədxali onun təfsirində və başqa kitablarındakı xətaları yazmışlar. Kim əlavə məlumat istəsə ora baxsın.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir