Oxunma sayı: 71

Sual #360 : Şeyx Albani – Şirk edən imamın arxasında namaz qılmaq olarmı?


Sual:

Bidətçi, müşrik (şirk edən) imamın arxasında namaz qılmaq olarmı, imam qəbirlərin ətrafında bəzi xürafatlar edir. Arxada namaz qılan tövhid əhlidir, amma imam isə peyğəmbər barədə bəzi münkər əməlləri etiqad edir. İndi bu imamın arxasında namaz qılmaq olar, yoxsa yox?

Tarix: 2018-01-29

Cavab #360 : Şeyx Albani – Şirk edən imamın arxasında namaz qılmaq olarmı?


Şeyx Albani:

Kafir olduğunu etiqad etdiyin heç bir kəsin arxasında namaz qılmaq səhih deyildir. Bu müşrik dediyin imam, ola bilsin ki, Allahdan başqasını çağırır, Allahdan başqasına ibadət edir və s. heç şübhəsiz ki, bu kəs şirkə düşmüşdür. Lakin bu kəsə kafir deyə bilərikmi? Onu dindən, millətdən çıxara bilərikmi? Yəqin bilirsən ki, insanın küfrə və böyük şirkə düşməsindən o kəsə mürtədlik hökmü verilməsi lazım olmur, bu ikisi arasında belə bir qarşılıqlı gərəkdirmə yoxdur, yalnız hüccət qaldırıldıqdan sonra. Aydındır? Hüccət qaldırılması labüddür.

Misal olaraq Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) bir gün xütbə verir və səhabələrdən bir nəfər qalxır və deyir ki, “Allah və sən istəsən”. Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) ona acıqlandı və dedi:

“Məni Allaha şərik qoşdun?! De ki, əgər tək Allah istəsə.”

O səhabə Peyğəmbərə bu sözü dedikdə, Peyğəmbər ona “get İslamını təzələ”, “get nikahını təzələ” demədi. Nə üçün? Çünki o kəs bu sözün şirk olmasını bilmirdi. Bundan öncə bunu bilmirdi və buna görə də üzrlü idi.

İnsanın şirkə düşməsi başqa şey, ona müşrik hökmünü vermək isə başqa bir şeydir. Bu elə bir yerdir ki, çox qardaşlarımız bunların arasını ayırmırlar. Buna görə də mən deyirəm ki, əgər bu imama Allahın Kitabından, Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) Sünnəsindən və müsəlmanların imamlarının sözləri ilə ona hüccət qaldırmısansa ki, sənin etdiyin bu əməl böyük şirkdir, sonra da bu imam səndən üz döndərib, istədiyini edibsə, onda onun arxasında namaz qılma. Aydındır?

Tələbələr:
Bəli, aydındır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir