Oxunma sayı: 56

Sual #359 : Şeyx Fovzan – Bidət əhlinin arxasında namaz qılmaq olarmı?


Sual verən:

İbadilərin arxasında namaz qılmağın hökmü nədir?

Tarix: 2018-01-29

Cavab #359 : Şeyx Fovzan – Bidət əhlinin arxasında namaz qılmaq olarmı?


Şeyx Saleh əl-Fovzan:

Baxın, ey qardaşlar. Belə suallar firqələrin adları ilə verilmir. Bizdə qayda vardır ki, kimin bidəti təkfir olunan bidətdirsə alimlərin icması odur ki, onun arxasında namaz qılınmaz! Bidəti təkfir yox, təfsiq edəndirsə burada alimlər ixtilaf etmişlər. Amma kimdəsə kiçik günahlar varsa arxasında namaz qılınır, çünki bu hər birimizdə vardır, bizlərdən çox az qismi bu kiçik günahlardan salamat qalar.

Qaydanı başa düşdünüz? Küfr bidəti olanın arxasında namaz qılınmaz və arxasında qılınan namaz da səhih deyildir. Küfr olmayan bidəti olanın arxasında namaz qılmaqda alimlər ixtilaf etmişlər, səhih olana görə arxasında namaz qılınır. Çünki müsəlmandır. Kiçik günahları olanın arxasında da, namaz qılınır, özünə də nəsihət olunur.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir