Oxunma sayı: 60

Sual # : Şeyx Fovzan – Yeni il bayramı və ad günü keçirməyin hökmü


Sual:

Möhtərəm şeyx, müşriklərdən kimsə bir müsəlmanı öz bayramları münasibəti ilə təbrik edərsə, həmin müsəlman onun bu təbrikinə cavab verə bilərmi?

Tarix: 2018-01-29

Cavab # : Şeyx Fovzan – Yeni il bayramı və ad günü keçirməyin hökmü


Şeyx Saleh əl-Fovzan:

Xeyr! Müşriklərin bayramlarında iştirak etmək icazəli deyil! Onların bayramları münasibəti ilə onları nə təbrik etmək, nə də təbriklərinə cavab vermək olmaz. Əksinə bu bayram inkar edilərək “Bu bizə icazəli deyil, çünki biz müsəlmanıq, bu bayramlar isə küfr bayramlarıdır. Biz bu bayramları sevmir və rədd edirik”– deyilməlidir. Kafirləri onların bayramları münasibəti ilə təbrik etmək icazəli deyildir. Və əgər onlar bir müsəlmanı öz bayramları münasibəti ilə təbrik edərlərsə, onların,təbriklərinə də cavab vermək icazəli deyildir, çünki bu bayramlar müsəlmanların bayramlarından deyil və bu bayramlara görə müsəlmanlar şənlənmirlər.

Həmçinin bidət bayramları da bura aiddir. Misal üçün ad günü. Bu da bidətçilərin qeyd etdiyi sonradan uydurulmuş bayramdır. Bu cür bayramlar münasibəti ilə nə təbrik edilməz, nə də bu bayramlarda iştirak etmək olmaz, çünki bu bayramlar müsəlmanların bayramlarından deyil. Bidət bayramlarıdır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir