Oxunma sayı: 81

Sual # : Şeyx İbn Bəz – Qadınların burunlarını deşdirməsinin (pirsinq) hökmü


MÜHÜM QEYD:
Şeyx İbn Bəz niqab taxmağı vacib görür!

Sual:

Qadınların burunlarını deşdirməsinin (pirsinq) hökmü nədir? Bu cür etmək olarmı? Yoxsa bu əməl yenilikdir? Və həmçinin, bunu etməyən qadın günah qazanırmı? Biz istəyərdik siz bizə bunun hökmünü deyəsiniz. Allah sizi xeyirlə mükafatlandırsın.

Tarix: 2018-01-29

Cavab # : Şeyx İbn Bəz – Qadınların burunlarını deşdirməsinin (pirsinq) hökmü


Şeyx ibn Bəz:

Bunu etməkdə heç bir problem görmürük. Əksinə, bu qadınların istifadə etdiyi zinət və bəzək əşyalarındandır. Qadınlar istər qulaqlarını, istərsə də burunlarını bəzənmək üçün deşdirirlər. Və inşəAllah ki, bunu etməkdə heç bir günah yoxdur. Həmçinin etmək də vacib deyildir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir