Oxunma sayı: 90

Sual #327 : Şeyx Muqbil – Özünü partlatmaq


Sual:

Fələstin əhlinin və bəzilərinin həyata keçirdiyi intihar əməliyyatı barədə bəzi tələbələr deyir ki, bu Allah yolunda döyüşdü. Əgər Allah yolunda ölərsə, o zaman Allah yanında şahiddir. Buna da dəlil olaraq Muslimdə Suheybdən (Allah ondan razı olsun) rəvayət olunan hədisi – özünü fəda edən cavanın hədisini, eləcə də Yəməmə günü özünü (kafirlərin) bağçasına atan Bəra ibn Məlikin (Allah ondan razı olsun) qissəsini gətirirlər.

Belə olduğu halda intihar əməliyyatı Allah yolunda döyüş sayılırmı, yoxsa bu cana qəsd (intihar) etməkdir və icazəli deyil?

Tarix: 2018-01-28

Cavab #327 : Şeyx Muqbil – Özünü partlatmaq


Şeyx Muqbil:

Şəkk yoxdur ki, bu cana qəsd (intihar) etməkdir. Həmçinin bu qəhrəmanlığa da dəlalət etmir. Dəlil də odur ki, bəzi qadınlar da bunu edir. Bu əməliyyat düyməni basıb özünü partlatmaqla baş verir. Qəhrəmanlıq odur ki, bir şəxs öz silahı ilə önə çıxır və ölənə qədər döyüşür. Peyğəmbər (sallAllahu aleyhi va səlləm) özünü qətlə yetirənin cənazəsini qılmaqdan imtina edib. Həmçinin Peyğəmbər (sallAllahu aleyhi va səlləm) buyurub:

“Kim özünü dəmirlə öldürərsə, əbədi olaraq Cəhənnəmdə özünü dəmirlə öldürəcək. Eləcə də kim özünü dağdan atarsa, əbədi olaraq özünü dağdan atacaq.”

Zikr olunan qissələr oğlanın özünü öldürməsinə dəlalət etmir. Bu oğlan insanlara padşahın acizliyini göstərmək istəyirdi. Və ona bu cür deyir:

“Sən məni öldürə bilməzsən. Lakin insanları hündür bir yerə topla. Sonra ox qabımdan bir ox götürüb, bu oğlanın Rəbbi olan Allahın adıyla deyib atarsan.”

Eləcə də yalançı peyğəmbər Museyləmənin və tərəfdarlarının olduğu bağçaya atlayan Bəra ibn Məlikin etdiyi əməl də onun qəhrəmanlığına dəlalət edir.

Heç burada özünü qətlə yetirməyə dəlalət edən bir şey varmı?! Yoxsa ki, bu onun ölənə qədər döyüşməyinə dəlalət edir?! Həmçinin Əbu Eyyubun (Allah ondan razı olsun) vaxtında (döyüş) səflərinin arasına atıldığı görünən kişinin misalı. Onun haqqında dedilər ki, bu adam özünü təhlükəyə atır. Əbu Eyyub (Allah ondan razı olsun) isə belə dedi:

Siz bu ayəni necə də pis təfsir etdiniz. Biz ənsar camaatı Allah bu dini izzətləndirdiyi zaman:

“Kaş ki, biz öz yurdumuzda qalıb ailəmizin arasında onu düzəltsəydik” – dedik. Allah da bu ayəni nazil etdi. Bizim öz yurdumuzda və ailəmizdə qalmağımız özü bir təhlükə idi.

Xülasə, ey qardaşlar günümüzdəkilərin bəziləri Quran və Sünnəyə müxalif olurlar və öz əməllərinə avam camaat arasında hörümçək torundan da zəif olan şübhələrlə bəraət qazandırırlar.

Allah kömək olsun.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir