Oxunma sayı: 204

Sual # : Şeyx İbn Bəz – Qəriblər


Sual verən:

Hörmətli şeyx! Biz elm tələb etməyin əhəmiyyətini bilirik. Ona görə də elm öyrənməyə hərisik. Lakin, biz sərt həqiqətlə üzləşirik. Həyat bir çox ziddiyyətlərlə doludur. Belə ki, bir il içində qurulan şeylər bir gecənin içində digər vasitələrlə dağıdılıb məhv olunur. Buna görə də müsəlman cəmiyyəti ziddiyyat prinsipləri üzərində qurulub tərbiyə olunur. Onlar səhər hicab ayəsini oxuyur, axşam isə oxuduqlarının əksini görürlər. Bu cür halda nə etmək lazımdır?

Tarix: 2018-01-28

Cavab # : Şeyx İbn Bəz – Qəriblər


Şeyx ibn Bəz:

Bunlar sınaq və imtahanlardır. Xüsusən də, axır zamanda. Hazırki zamanda olduğu kimi. Bu dinin qərib olduğu vaxtdır. Ona görə də, səbrli olmaq lazımdır. Necə ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurub:

“Elə bir zaman gələcək ki, dini qorumaq əldə yanan kömürü saxlamaq kimi çətin olacaq”.

Həmçinin, o belə buyurub:

“İslam qərib olaraq başlayıb, qərib olaraq da geri dönəcəkdir. Elə isə, müjdə olsun qəriblərə!” (Hədisi Muslim “Səhih”də rəvayət edib).

Digər rəvayətdə əlavə olaraq buyurulur:
“Qəriblər kimdir? (soruşulduğunda), “İnsanlar fitnə-fəsad törətdiyi bir dövrdə cəmiyyəti islah edənlərdir” – deyə cavab verir.

Həmçinin:

“İnsanların mənim sünnətimdən olan ifsad və bərbad etdikləri şeyləri onlar islah edənlərdir”.

Abu Sələbənin rəvayət etdiyi hədisdə belə deyilir:

“Onların arasında əməl edənlər əlli nəfərin əcrini qazanacaqlar”. Səhabələr: “Bizlərdən əlli nəfərin əcrini yoxsa onlardan?” – soruşdular. O, “Sizlərdən” deyə buyurdu.

Bunun səbəbləri dini qoruyan və dəstəkləyənlərin sayının az olması, şər və şübhələrin çoxalması, zəlalət yollarının və onlara dəvət edib çağıranların çox olmasıdır. Ona görə də, axır zamanda elm öyrənib ona əməl etməklə səbir edənlərin əcri əlli nəfər səhabənin əcrinə bərabərdir. Çünki İslam dini yeni olduğu, düşmənlərə qarşı güclü və qüvvətli olduğu zamanda onların (səhabələrin) köməkçiləri var idi. Axır zamanda isə əksinə, İslam düşmənlərinin, zəlalət yollarına dəvət edənlərin sayının çoxluğu, dinin köməkçilərinin və dəstəkləyənlərinin, haqqa dəvət edənlərin sayının azlığı, şübhələrin çoxluğu olan bir zamandır. Haqq ilə batil arasında mübarizə axır zamanda güclü olacaqdır. Ona görə də, elm öyrənməkdə səbirli olmaq lazımdır. Elm öyrəndiyi zaman haqqı bildikdən sonra öyrəndiklərinin əksini gördükdə isə Allaha ona haqqı göstərdiyinə görə və onu haqqı bilənlərdən etdiyinə görə şükür etməlidir. Daha sonra isə bacardığı qədər münkər olanların qarşısını almalıdır, xeyirə dəvət etməlidir ki, öyrəndiklərinin haqqını verə bilsin. Buraya əqidə və digər əlavə elmlər daxildir. Bunların hamısı səbir edib qarşılığını Allahdan umanlar üçün böyük əcr və çoxlu savab qazanma səbəbləridir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir