Oxunma sayı: 57

Sual # : Şeyx Racihi – Müəyyənin təkfir edilməsi və cahilliyin üzrlü olması məsələsində təkfirçilərə rədd


 

(17 Şaban ayı 1436 – 4 İyun 2015)

Sual:

Allahdan başqasından yardım istəyəni, Allahdan başqası üçün qurban kəsəni müəyyən olaraq təkfir etmək olarmı? Belə ki, deyirsən ki, filankəs müşrikdir.

Tarix: 2018-01-21

Cavab # : Şeyx Racihi – Müəyyənin təkfir edilməsi və cahilliyin üzrlü olması məsələsində təkfirçilərə rədd


Şeyx Abdul-Aziz ər–Racihi:

Allahdan başqasından yardım istəmək, Allahdan başqası üçün qurban kəsmək şirkdir. Çünki “istiğasə” sıxıntı anında dua etməkdir.

Allah təala buyurur:

Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər. Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz. ( Fatir, 13–14)

Kim Allahdan başqasına dua edərsə, bu Quran nası ilə müşrikdir. Həmçinin də Allahdan başqasına qurban kəsmək, bu da şirkdir.

Allah təalə buyurur:

De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur”. (Ənam, 162-163)

Və həmçinin buyurur:

Sən də Rəbbin üçün namaz qıl və qurban kəs! (Kovsər, 2)

Kim Allahdan başqası üçün qurban kəsərsə artıq şirk etmişdir.

Lakin müəyyən şəxsə gəldikdə isə, müəyyən olaraq onun küfrünə hökm verilmir. Deyilir ki, bu əməl küfrdür, şirkdir, kim Allahdan başqasından yardım istəyərsə, başqası üçün qurban kəsərsə, burada təfsilat vardır.

Əgər şəri hökmü bilirsə və hüccət də çatıbsa bunun küfrünə hökm verilir. Əgər bilmirsə öyrədilər və şəri hökm ona bəyan olunar. Bundan sonra israr edərsə, onun küfrünə hökm verilər. Lakin bundan əvvəl onun şirkinə hökm verilmir. Çünki onun halı bilinmir, ola bilsin ki, cahildir, ola bilsin ki, şübhəsi vardır. Belə olduqda onun şübhəsi ortaya qoyulmalı və haqq ona açıqlanmalıdır. Əgər haqq bəyan olunar və lakin o israr edərsə, bundan sonra onun şirkinə hökm verilər. Lakin əməl özü şirkdir. Allahdan başqasından yardım istəmək, Allahdan başqasına qurban kəsmək şirkdir.

Amma hər hansı bir şəxsə gəldikdə isə bunda təfsilat vardır. Əgər hökmü bilirsə, hökm ona çatıbsa, o müşrikdir. Lakin hökmü bilmirsə, özündə də, şübhə varsa və ya cahildirsə, onda hökmün ona bəyan olunması və işin ona açıqlanması labüddür. Əgər ona bəyan olunarsa və şübhəsi aradan qaldırılarsa, bundan sonra israr edərsə, şirkinə hökm verilər.

Sual verən:

Şirk üzrə öldüyü bilinən insanın əbədi Cəhənnəmlik olmasını qəti olaraq demək olarmı?

Şeyx Abdul-Aziz ər–Racihi:

Bu da əvvəlki cavab kimidir. Əgər ona hüccət qalxarsa, şübhəsi olmadığı halda (şirkində) israr edərsə, onun küfrünə hökm verilər. Həmçinin də, Cəhənnəmlik olmasına hökm verilər. Cəhənnəm kafirlərin mənzilidir. Əgər ona hüccət qalxarsa və şübhəsi olmazsa, sonra israr edərsə, şirkinə hökm verilər və Cəhənnəmdə əbədi qalar. Amma bundan qabaq isə yox. Ola bilsin ki, cahildir, ola bilsin ki, şübhəsi vardır. Onun şirkinə və Cəhənnəmdə əbədi qalmasına yalnız hüccət qalxdıqdan sonra hökm verilər.

Sual verən:
Cahillik şirk və tövhid məsələlərində baş verirmi?

Şeyx Abdul-Aziz ər–Racihi:

Bəli! Baş verir. Ola bilsin ki, insan hökmü bilmir. Ola bilsin ki, uzaq yerlərdə yaşayır – çöllükdə, kəndlərdə. Və ya ola bilsin ki, İslama yenicə girib, yaxud ola bilsin ki, müsəlmanların içində yaşayır, bəzi qaranlıq məsələlər ona gizli qalır. İnsanların halları müxtəlif olur.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir