Oxunma sayı: 87

Sual # : Şeyx Salih Ali Şeyx – Namaz qılmayanın hökmü


Şeyx Salih Ali Şeyx:

Ona görə elmdə püxtələşmiş, Quranı, sünnəni və ümmətin sələfinin hansı yolda olmasını düzgün başa düşərək təkfir dairəsini çox genişləndirmirlər, əksinə bu məsələni isbat etmək asan iş olmadığı üçün təkfir dairəsini daraldırlar.

Sual verən:
Hökmləri də tətbiq edilir?

Tarix: 2018-01-21

Cavab # : Şeyx Salih Ali Şeyx – Namaz qılmayanın hökmü


Şeyx Salih Ali Şeyx:

Hökm verildikdən sonra şəri əhkamları, ailə əhkamlarını və s. tətbiq edirlər. Hətta elələri də vardır ki, bəzi ixtilaflı məsələlərə görə əhkamları da tətbiq edirlər. Məsələn, namazı tərk etmək məsələsi. Məlum olduğu kimi, elm adamlarının bir neçə rəyindən bizim qane olduğumuz rəyə görə tənbəllik və ya laqeydlik üzündən namazı tərk edən kimsə küfr edir. Buna əsas verən aşağıdakı hədisdir:

“Kim namazı tərk edərsə küfr etmiş olar”.

Bildiyiniz kimi bu məsələ ixtilaflı məsələdir. Şafii, Hənəfi və digər məzhəb alimləri belə insanı kafir hesab etmirlər. Bu məsələdə bir qədər dərinə varıb: “Kim namazı tərk edərsə onun nikahı ləğv edilir, digər hökmlər tətbiq olunur” – və s. bu kimi rəylər söyləmişlər. Amma bu heç də yaxşı hal deyil. Çünki, hökmlər iki halda tətbiq edilir:

1. İttifaq edilmiş əsaslarla.
2. Yaxud şəii rəhbərin və ya qazinin hökmü ilə.

Çünki ona hökm vermək artıq onun şübhəsinin dəf edilməsi deməkdir.

Ona görə fiqh alimləri, hətta hənbəli məzhəbinin alimləri namazı tərk edənin nə zaman küfr etməsi və ona nə zaman hökm kəsildiyi haqqında danışarkən demişlər:

“Belə insanın tövbə etməsi və namaz qılması tələb olunur. Əgər o digər namazın vaxtı girənə qədər namaz qılmamaqda israr edərsə o zaman rəhbər və ya onun köməkçisi onu öz yanına çağırıb tövbə etmək üçün üç gün möhlət verməlidir. Əgər tövbə etsə heç, əks halda isə qətlə yetirilir.”

Demək qazi bir nəfərə üç gün müddətində möhlət verir və onun namaz qılmasını tələb edir. Bu müddətdə heç bir yozum yeri qalmasın deyə onun şübhəsini dəf edir və “üç gün ərzində namaz qılmasan qılınc görəcəksən” deyərək ona müraciət edir. Sonra həmin adam bu sərt cəzanı namazdan üstün tutur. Belə halda bu onun nəfsində olan bir məqamı aşkarlayır. Belə çıxır ki, həmin insan əslində namaza nifrət edir və ya namazı inkar edir. Yaxud da həmin adamın namaz barəsində şəkk–şübhəsi yoxdur. Sadəcə olaraq bu təkəbbürlülükdən və şəri qayda–qanuna asi olmaqdan irəli gəlir.

Mən bununla demək istəyirəm ki, Sələfi dəvətinin alimləri şərtlər və maneələr məsələsini xüsusi olaraq açıqlamışlar. Onlar fiqh alimlərinin verdikləri bir çox hökmləri qaydalar çərçivəsinə salmışlar. Ona görə islahatçı şeyx Məhəmməd ibn AbdulVəhhabın dəvətinə nisbət edilən və düşmənləri tərəfindən “Vəhhabilik dəvəti” deyə adlandırılan bu dəvət dörd məzhəb alimlərinin fiqh kitablarında mövcud olan hökmləri dar çərçivəyə salmış, bu hökmləri təkfir məsələsində genişləndirməmişdir. Əksinə bu dəvətdə məzhəb alimlərinin yekdil rəylə təsdiqlədikləri görüşlər önə çəkilmiş, ixtilaflı məsələlər kənara qoyulmuşdur. Şeyx Muhəmməd ibn AbdulVəhhabın bu xüsusda bir kitabı da vardır. Həmçinin şeyx Abdullah ibn Muhəmməd ibn AbdulVəhhabın da bu mövzuda kitabı vardır. Ümumiyyətlə dəvət alimləri, İbn Teymiyyə, İbn əl-Qeyyim və digər elm adamları – Allah onların hamısına rəhmət etsin – bu mövzuda geniş açıqlamalar vermişlər.

Demək bu məsələdə şərtlər və maneələr vardır ki, onları tam nəzərə almaq lazımdır. Yalnız ittifaq edilmiş əsaslarla təkfir edilə bilər. Məqbul sayılan yozuma əsaslanaraq yozumlu düşünən insana nəzər salaq. Əks tərəf onun barəsində düşünür ki, onun əməli, sözü və ya hərəkəti küfrdür. Məsələn, indi gəlin xəvariclərə baxaq. Onlar, Osman ibn Əffanı və Əli ibn Əbu Talibi qətlə yetirmiş, müsəlmanlara qarşı döyüşmüş, bu günə qədər fitnə– fəsad törətməklə ağır cinayətlər törətmişlər. Alimlər onların kafir olub-olmamaları barədə ixtilaf etmiş və iki rəy söyləmişlər. Əli ibn Əbu Talib onlar barəsində: “Onlar kafirdilərmi?” – deyə soruşularkən demişdir: “Onlar elə küfrdən qaçıblar.” Yəni, bu məqamda Əli onların səhv yozumlu düşüncələrini nəzərə almışdır.

Uzun sözün qısası deyilən şərtlər və maneələrin mövcudluğu labüddür. Və hər hansı insana hökm vermək üçün təkfirin bütün şərtləri və maneələrini əhatə etmək lazımdır. Bu iş sıravi insanların öhdəliyinə düşən bir iş deyil. Bu, qazinin, yaxud qazini əvəz etmək bacarığı olan müftinin səlahiyyətidir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir