Oxunma sayı: 45

Sual # : Şeyx Nəzər ibn Həşim əl-Abbas – Cahillik üzr məsələsi və cahilə hüccət qaldırmaq


Muhəmməd ibn AbdulVahhabın “Üç əsas” kitabının şərhindən

Allah təalə buyurur:

Məscidlər Allaha məxsusdur, elə isə Allahla yanaşı heç kəsi çağırmayın! (Cin suarəsi, 18)

Kim olur olsun. Qeyri müəyyənlik qadağan və inkar məqamında gəldikdə ümumilik ifadə edir.

Muhəmməd ibn AbdulVahhabın kitabını oxuyan qari:

“Kİm bu ibadətlərdən hər hansı birini Allahdan qeyrisinə yönəldərsə, o, kafirdir, müşrikdir”.

Tarix: 2018-01-15

Cavab # : Şeyx Nəzər ibn Həşim əl-Abbas – Cahillik üzr məsələsi və cahilə hüccət qaldırmaq


 

Şeyx Nəzər ibn Həşim əl-Abbas:

Yəni, kim bu ibadətlərdən, istər qəlbi, istər ləfzi, istərsə də əməli olsun Allahdan qeyrisinə yönəldərsə, o, kafirdir, müşrikdir. Bundan Allaha sığınırıq.

Allahdan başqası, yəni, Allahdan başqa ibadət olunan batil hər bir şey, daş, ağac, insan, peyğəmbər, mələk. Bu ümumi deyilən sözdür.

Necə ki, Allah təalə deyir:

Məscidlər Allaha məxsusdur, elə isə Allahla yanaşı heç kəsi çağırmayın! (Cin suarəsi, 18)

Həmçinin buyurur:

Allah Ona şərik qoşulmasını əsla bağışlamaz, bundan aşağısını isə istədiyi kəslərə bağışlayar. (Nisa surəsi, 48)

Bu ümumi ləfz olub, Quran, Sünnə və alimlərin kəlamında bilinən bir ümumilikdir. Cümlədəki ümumilik isə, həvəsləndirmək və qorxutmaq baxımından işlədilir. Və buna görə də labüddür ki, elm öyrənən tələbə bu ləfzlərdəki ümumiliklərin arasını ayırd etsin.

Belə deyilir ki, kim Allahın sifətini inkar edərsə, müşrikdir, kafirdir, kim Alahın adlarını inkar edərsə, müşrikdir, kafirdir, kim Alahdan başqasına dua edərsə, müşrikdir, kafirdir.

Necə ki, alimlər deyirlər:

“Cəhmilər kafirdir, kim desə Quran məxluqdur, o kafirdir”.

Bunlar ümumi nisbət etmə olub, küfr ləfzi nisbət olunanın üzərinə küfrün həyata keçməsini, onun kafir olmasını bildirmir.

Alimlər deyir ki, cəhmilər kafirdir, lakin onlardan yalnız üzərinə hüccət qalxanı təkfir edirlər.

Həmçinin də, burada Allahdan başqasına dua etmək şirkdir, Allahdan başqasından ibadət olan qorxu ilə qorxmaq şirkdir, Allahdan başqasına qurban kəsmək şirkdir. Kim bu ibadətləri Allahdan başqasına yönəldərsə, artıq şirkə düşmüşdür.

Lakin bu şeyləri edən hər bir kəs ona hüccət qalxana qədər və o kəsdən şübhə aradan qaldırılana qədər kafir olmaz. Belə olduqda kim bu ibadətlərdən hansı bir şeyi Allahdan qeyrisinə yönəldərsə, o kafirdir, müşrikdir.

Bu ümumi deyilən sözdür, lakin bunu edən hər hansı bir kəsə hüccət qalxana və təkfirin şərtləri, qaydaları onda cəm olana və maneələri aradan qalxana qədər müəyyən olaraq kafirdir, müşrikdir deyilməz.

Elmləndirilər, lakin inadkarlıq edərsə, bundan sonra kafir olar.

Bu hökmü də, müsəlmanların qazilərdən və əmr sahiblərindən olan hakimləri, yaxud qazinin təyin etdiyi və rabbani alimlərdən olan imamlar verir.

Elə buna görə də, şeyximiz Muhəmməd Əmən əl-Cəmii bu ləfzin üzərində deyir ki, “Hüccət qaldırıldıqdan və şübhə aradan götürüldükdən sonra…”.

Ey qardaşlar, tövhidə olan məhəbbətimiz, tövhidə olan qeyrətimiz, tövhidin əksi olan şirkə düşən kəslərə qarşı qısqanclığımız və aləmlərin Rəbbi Allahın haqqı olan tövhidə olan məhəbbətimiz bizi şəri dəlillərə qarşı çıxmağa və doğru İslam mənhəcinə müxalif olmağa aparmasın ki, bu şirklərdən hər hansı birinə düşən kəsə “Qanı halal müşrikdir, kafirdir, kəsdiyi yeyilməz, qəbri ziyarət olunmaz, cənazə qılınmaz” – deməyək.

Əksinə bu məsələ ibadətdir və dəlil üzrə olmalıdır. Təkfir olunan insan şəriətin təkfir etdiyi, dəlilin təkfir etdiyi kəsdir.

Şəri dəlillərə və ümmətin sələflərinin və alimlərinin ittifaqı ilə bilinmişdir ki, küfr əməl sahibinə küfr vəsfi yalnız ona hüccət qalxdıqdan sonra verilir.

Həmçinin onun halına baxılır: Bu əməli təvil səbəbi ilə edibmi, yoxsa onda olan şübhəyə görəmi edib, yaxud onu bu əmələ öz havası və ya inadımı vadar edib.

Eləcə də, bundan başqa ona küfr adı verməyimizə bir çox üzrlər və maneələr vardır.

İş heç də bəzilərinin dediyi kimi deyil, buna heç dəlil də yoxdur. Belə ki, deyirlər ki, kim şirkə düşərsə, ona “müşrikdir!” deyilir, sonra bu adı ondan qaldırmaq üçün ona hüccət qaldırılır.

Bunu alimlərdən heç kim deməyib. Çünki hüccətin ən əsas hədəfi bundan ibarətdir ki, bu şəxs kafirdir, yoxsa kafir deyil?!

Beləliklə, kimsə barəsində kafirdir, müşrikdir sözü yalnız alimlər vasitəsi ilə, həmçinin şəri qaydalar tətbiq edildikdən və o şəxsin halına baxıldıqdan sonra deyilir.

Halına baxılır ki, təkfirinə maneələr varmı, onu üzrlü edəcək şeylər varmı, yoxsa yoxdur.

Əgər elmləndirilər, fəqət inad edər və inkar edərsə tövbəyə çağırılar, əgər tövbə edərsə heç, əks halda müsəlmanların sultanı ona şəri hədd qaldırar.

Beləliklə, müəllifin “Kim bu ibadətlərdən hər hansı birini Allahdan qeyrisinə yönəldərsə, o kafirdir, müşrikdir” sözündən başa düşülür ki, nə vaxt kafir, müşrik olur? Ona hüccət qaldırıldıqdan sonra.

Və bu da əhli-sünnə alimləri arasında ittifaq olan bir məsələdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir