Oxunma sayı: 53

Sual # : Şeyx Əhməd ən-Nəcmi – Muhəmməd ibn AbdulVahhabın kitabları təkfirçilərin peyda olmasına səbəbdirmi?


Sual:

Hörmətli şeyx, bu əmin–aman dövlətdə törədilmiş partlayışlardan xəbəriniz var. Bu kimi əməllərə aparıb çıxaran səbəb nədir? Bu haqda rəylər müxtəlifdir. Kimisi deyir ki, bunun səbəbi qəhrəmanlıq, özünü göstərməkdir. Kimisi də, deyir ki, bunların səbəbi Muhəmməd ibn AbdulVahhabın kitablarıdır. Etimad olunası həqiqi səbəbi bildirərdiniz. Allah sizi xeyirlə mükafatlandırsın!

Tarix: 2018-01-14

Cavab # : Şeyx Əhməd ən-Nəcmi – Muhəmməd ibn AbdulVahhabın kitabları təkfirçilərin peyda olmasına səbəbdirmi?


Şeyx Əhməd ən-Nəcmi:

Səbəb odur ki, burada bir tayfa, bir dəstə var ki, cavanları bu pis fikir üzərində tərbiyələndirirlər. Buna da, dəlil çoxdur. Kim desə ki, “Səbəb qəhrəmanlıqdır!”– o yalançıdır, xaindir. Bunu deyən xaindir. Bununla xalqı, dövləti və əmr sahiblərini aldatmaq, çaşdırmaq istəyir. Yoxsa ki, necə ola bilər ki, bu az bir dəstənin yanında üç yüz min, iki yüz min, iki yüz əlli min nəfər var və bəziləri də, yarım milyona çatır. Bu söz düz deyil. Lakin bunlar azğın mənhəc üzərində tərbiyələniblər. Kim ki, onları belə tərbiyələndirib. Allah onları layiq olduqları şəkildə cəzalandırsın. Allahdan istəyirik ki, onlarla istədikləri arasına keçib qarşılarını alsın. Necə ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurub:

“Hər dəfə onlardan bir baş çıxan kimi qopardılacaq, hər dəfə onlardan bir baş çıxan kimi qopardılacaq, hər dəfə onlardan bir baş çıxan kimi qopardılacaq, ta ki, 20 baş saydı.”

Deməli, Qiyamət gününə kimi onlar ayaqda qala bilməyəcəklər. Əli ibn Əbu Talibin (radiyAllahu anhu) vaxtından bu vaxta qədər xəvariclərin dövləti olmayıb. Bəzi qısa vaxtlarda özlərinin özləri üzərində olan hökmranlığı istisna olmaqla. Allah onlara müsəlmanların üzərində hakim olmağa mane olub. Və Allah əzzə və cəllədən istəyirik ki, – deyin amin – onları məhv etsin, onları darmadağın etsin, özləri ilə istədikləri arasına keçib qarşılarını alsın. Bəli.

Sual verən:

Bəs, “Səbəb – Muhəmməd ibn AbdulVahhabın kitablarıdır!” deyən?

Şeyx Əhməd ən-Nəcmi:

Bu böyük bir yalandır, çox iyrənc bir yalandır. Xeyr, belə deyil! Allaha sığınırıq! Şeyx Muhəmməd ibn Abdulvahhab (rahiməhullah) küfr hökmü verilməyə layiq olub qəbirlərə ibadət edən müşrikləri və xurafat əhlini, eləcə də, qəbirlərə nəzir verən xurafat əhlini təkfir etmişdir. Onları da, yalnız, hüccət qalxdıqdan sonra təkfir etmişdir. Amma ki, “Onlar bu şeyləri şeyxin kitablarından götürüblər” sözünə gəldikdə isə, bu yalan, xəyanət və hiyləgərlikdir. Bu sözü deyən yalançı, dəccal və xaindir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir