Oxunma sayı: 46

Sual # : Doktorla Şeyx Saleh Ali Şeyxin münaqişəsi


Tarix: 2018-01-14

Cavab # : Doktorla Şeyx Saleh Ali Şeyxin münaqişəsi


Şeyx Saleh Ali Şeyx:
Yaxşı, Şeyx Süleymandan iki sətir əvvəl, Şeyx Həməd İbn Nəsir və digərlərindən nəql edilir.

Doktor:
Bu şəxsə hüccət qalxmadığına görə onun küfrünə hökm verməsək də, belə deyilmir ki, “Əgər kafir deyilsə, onda müsəlmandır”. Əksinə deyirik ki, bunun əməli kafirlərin əməlidir. Bu şəxsə müəyyən olaraq hökm vermək isə ona hüccətin çatmasına bağlıdır.

Şeyx Saleh Ali Şeyx:
Yaxşı, şeyx Həməd ibn Nasir bunu və buna bənzər sözlər deyir. Lakin mümkün deyilmi ki, şeyx bu məsələdə xəta etsin? Mümkün deyilmi ki, o, dəvət alimlərindən bir alim olsun, lakin görsənmirmi ki, bu sözdə nəsə var? Yəni, necə deyə bilər ki, biz “kafir deyilsə, müsəlmandır” demirik. Müsəlman deyilsə, onda bəs nədir? Yəni küfrlə İslamın arasında bir mərtəbə varmı?

Doktor:
Ən azından, hökm gizli qalır.

Şeyx Saleh Ali Şeyx:
Yaxşı, müsəlmanlarda əsl olan İslam adının qalması deyilmi? Və küfr də, öz şərtləri və qaydaları ilə baş vermirmi? Yoxsa müsəlman açıq-aşkar küfr əməl edən kimi hüccətdən qabaq İslam adı ondan götürülürmü? Yoxsa müsəlman açıq-aşkar küfr əməl edən kimi hüccətdən qabaq İslam adı ondan götürülürmü? Xeyr! Müsəlmanlarda əsl olan İslam adının qalmasıdır, çünki müsəlmandan İslam və iman adı götürülməz, hətta ona kafir edən hüccət qalxmayınca. Və bu hüccət onu imana daxil edən hüccətin (dəlilin) aydın olması kimi aydın olmalıdır. (Necə ki, hədisdə gəmişdir ki,) “o “lə iləhə illəllah” dedikdən sonramı onu öldürdün?” – bu açıq-aydın olan bir şüardır. Və həmçinin, ondan İslam adının götürülməsi üçün də, labüddür ki, şüar, hüccət açıq–aydın olsun.

Şeyx Həməd ibn Nasir (rahiməhullah) bu cür desə də, belə, bu sözün düzəlişə ehtiyacı vardır. Çünki bu söz – “Kim zahiri küfr əməl edərsə nə müsəlman adlanmır və nə də ki, kafir adlanmır” sözü digər dəvət imamlarının sözü ilə uyğunlaşmır, bu səhvdir. Bu, mənə görə doğru deyildir, əksinə bu sözdə düzəlişə və dəqiqləşdirməyə ehtiyac vardır.

Doktor:
Ola bilər.

Şeyx Saleh Ali Şeyx:
Bəli. Buyur.

Doktor:
Allah sizə ehsan etsin (xeyir versin). Deyirəm, ola bilsin ki, bu da, həmçinin, dəvət imamlarının riayət etdikləri ehtiyatlığın əlamətlərindəndir. Belə ki, bir insan küfr əməl edir, lakin ona hüccətin çatdırılmasından əmin olmadığını nəzərə alaraq, bununla belə ona kafir hökmü verilmirdi. Yəni, ola bilsin ki, məsələni bir mərtəbə kimi və yaxud iman olaraq deyil, ona hüccətin çatdırılmaması ehtimalı ilə küfr hökmünün verilməsi təsdiq olunduğu dərəcədə küfr kimi vəsf etmişdir. Yaxud da, bu cür küfr əməl etməsinə baxmayaraq onu müsəlman kimi vəsf etmişdir.

Şeyx Saleh Ali Şeyx:
Bu salamat və doğru bir yoldur. Şeyx Həməd isə, necə deyərlər, bizim əzizimizdir, haqq isə bizə ondan daha əzizdir. Yəni, imanla küfrün arasında heç bir mərtəbə yoxdur, əsl olan da İslam adının qalmasıdır, küfr hökmü isə şərtlər və qaydalar cəm olduqda və maneələr aradan qalxdıqda verilir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir