Oxunma sayı: 70

Sual # : Şeyx ibn Bəz – Zahiri əməlləri tərk edən müsəlmandırmı?


Sual verən:
Şeyx, sizə bəzi suallar vermək olarmı?

Şeyx İbn Bəz:
Bəli.

Sual verən:
Şeyx, bu, iman məsələlərində Əhli-Sünnənin əqidəsinə dair bəzi suallardır.

Şeyx İbn Bəz:
Bəli, buyurun.

Sual verən:
Şeyx, birinci sualda deyilir:

Bəziləri deyir ki, “Kim desə ki, “İslam ümmətindən olan bir nəfər, günahı halal görmədikcə onu təkfir etmirik.” – bu, murciənin sözüdür.” Buna nə cavab verilməlidir? Hərçənd ki, biz bilirik ki, bu sələfin sözüdür.

Tarix: 2018-01-14

Cavab # : Şeyx ibn Bəz – Zahiri əməlləri tərk edən müsəlmandırmı?


Şeyx İbn Bəz:

Bu xətadır. Bu, Əhli Sünnənin sözüdür. Müsəlman bir kəs günahı halal görmədikcə, təkfir olunmur. Zinakar təkfir edilmir, içki içən təkfir edilmir, onlar günahkar sayılır. Yalnız, bu günahı halal sayması istisnadır.

Əhli Sünnə olanlar isə günah edən müsəlman haqqında deyirlər ki, (bu əməlləri edən) günahkardır və etdiyi əməlin cəzasını almalıdır, o insan tövbə etməlidir. Lakin, o şəxs günahı halal görmədikcə təkfir olunmur. Məsələn, biri zina edir, lakin, demir ki, bu halaldır. Yaxud, biri içki içir, lakin, demir ki, bu halaldır və s. buna bənzər hallar. Bir insan sələm (riba) yoluyla pul qazanarsa, bu şəxs etdiyini halal görmədikcə kafir olmur. Bu insan imanı zəif və asi biridir. Xəvaric və mötəzilələrin əksinə olaraq, (əhli–sünnəyə görə) bu kəs imanı zəif bir insan hesab olunar. Bu, Əhli-Sünnənin sözüdür.

Amma, bu günahı halal görərək deyərsə ki: “Zina etmək halaldır”. O zaman bu şəxs təkfir olunar. Həmçinin, bir şəxs: “İçki içmək halaldır” deyərsə, bütün əhli sünnənin rəyinə görə təkfir olunar. Yaxud, desə ki: “Sələm (riba) halaldır” – o insan təkfir olunar. Həmçinin, desə ki: “Valideynin üzünə ağ olmaq halaldır” – təkfir olunar.

Lakin, buna etiqad etmədən belə bir əməli işləyərsə və valideynin üzünə ağ olmağın haram olduğunu bilərsə, bilərsə ki, bu əməl haramdır, zina edər, içki içər və bilərsə ki, bu əməl haramdır, belə biri imanı naqis və günahkar biridir. Əhli Sünnəyə görə o imanı zəif biridir və təkfir olunmur. Lakin, belə insan içki içdiyinə görə içki həddinin, cəzanın tətbiq olunmasını, zina edən biri də zinakara verilən cəzanın tətbiq olunmasını, valideyninin üzünə ağ olan və sələm (riba) yeyən biri də ədəbləndirilməyi haqq edirlər.

Sual verən:
Şeyx, Allah sizi xeyirlə mükafatlandırsın!

Şeyx, ikinci sualda deyilir:
Kəlimeyi–şəhadəti deyən və qəlbində imanın əsası olan, amma əzaların əməllərini tərk edənlərin (yəni, şəhadəti qəlbi ilə təsdiq və dili ilə tələffüz edib, lakin heç bir əməl etməyənlərin) kafir olmadıqlarını deyən alimlər murciədirlərmi?

Şeyx ibn Bəz:

Xeyr, xeyr! Onlar Əhli-Sünnə vəl camaatdan sayılırlar. Orucu, zəkatı və həcci tərk edən insan kafir deyil, böyük günah sahibidir. Düzdür, bəzi alimlərə görə hətta kafir sayılır. Lakin daha doğru rəyə görə belə insan kafir olmur. Amma namazı tərk edən insan haqqında (mənə görə) daha üstün rəy odur ki, belə insan qəsdlə namazı tərk edərsə, kafir olar. Amma zəkatı, orucu və həcci tərk etməklə kafir olmur, böyük günah sahibi olur. Buna dəlil Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) zəkat verməyən şəxsə dediyi sözdür:

O, Qiyamət günü gətiriləcək və (zəkat çıxarmadığı) malı ilə ona əzab veriləcək.

Qurani–Kərimdə də həmçinin buna dəlil var:

O gün bu (yığdıqları sərvətlər) Cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və (onlara:) “Budur özünüz üçün yığdıqlarınız. Elə isə dadın yığdıqlarınızı!” (deyiləcəkdir). (Tövbə, 35)

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) xəbər verib ki, zəkat çıxarmayana malıyla, dəvəsiylə, inəyilə, qoyunuyla, qızılı və gümüşüylə əzab veriləcək. Bundan sonra isə o insanın yolunun Cənnətə və ya Cəhənnəmə tərəf olması görüləcək. Bu dəlildir ki, o insan kafir olmur və dəlildir ki, bundan sonra o insan yolunun Cənnətə, yaxud da Cəhənnəmə tərəf olduğunu görəcək.

Sual verən:
Şeyx, birinci suala cavabınıza əsasən sizin sözünüzdən bəziləri elə başa düşdülər ki, əgər bir insan kəlmeyi–şəhadəti deyərsə, lakin heç bir əməl etməzsə, o insanın imanı naqisdir. (yəni, kafir deyil!) Doğru anlayıblarmı?

Şeyx ibn Bəz:

Bəli, doğru anlayıblar! Hər kim ixlasla Allahı ibadətdə təkləşdirər və Allahın Elçisini (sallAllahu aleyhi və səlləm) təsdiqləyərsə, (yəni, şəhadət kəliməsini deyərsə) lakin, zəkat verməzsə və ya Ramazanda oruc tutmazsa və ya gücü çatdığı halda həcc etməzsə, o insan böyük günah sahibidir. O, Cəhənnəmlə qorxudular, lakin, doğru olan rəyə görə təkfir olunmaz. Lakin, kim namazı qəsdən tərk edərsə, o insan doğru rəyə görə təkfir olunur.

(Qeyd: Bu, namazı tərk edənin hökmü haqda şeyxin seçdiyi rəydir!)

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir