Oxunma sayı: 52

Sual # : Şeyx İbn Bəz – Dünyavi qanunla hökm verən rəhbərin hökmü


Tarix: 2018-01-14

Cavab # : Şeyx İbn Bəz – Dünyavi qanunla hökm verən rəhbərin hökmü


Şeyx İbn Bəz:

Heç kəsə Allahın nazil etmədiyi ilə hökm verməsi icazəli deyil. Əksinə bu əməl böyük günah və pis bir qəbahətdir. Amma bu əməlin İslamdan çıxaran böyük küfr olmasına gəlincə isə, bu alimlər arasında təfsilata ehtiyacı olan məsələdir. Kim Allahın nazil etmədiyi ilə hökm verib bu əməlin günah olmadığını düşünərsə və ya bu hökmün Allahın hökmü ilə eyni olduğunu düşünərsə və ya bundan daha pis düşünərək şəriət qanunlarının bu gün üçün münasib olmadığını və insanlar tərəfindən qoyulan qanunların daha münasib (insanlar arasında) daha çox islahedici olduğunu düşünərsə bu üç halın hamısı böyük küfrdür.

Kim hansı zamanda olursa-olsun Allahdan qeyrisinin hökmünün Allahın hökmündən daha yaxşı və ya ona bərabər olduğunu iddia edərsə və ya şəriətin üstün və daha yaxşı olduğunu etiraf etsə belə Allahın nazil etmədiyi qanunlarla hökm verməyi icazəli görərsə, bu üç halın hər birini deyən kafir olar, həmçinin bunu etiqad edənin də hökmü belədir. Kim Allahdan qeyrisinin hökmünün caiz (icazəli) olduğunu və ya Allahın hökmünə bərabər olduğunu və ya Allahın hökmündən daha yaxşı olduğunu etiqad edərsə bu insan bütün elm əhlinə görə İslamdan çıxmış mürtəddir.

Amma kimsə səhv etdiyini və günahkar olduğunu bilərək bu əməli rüşvət məqsədilə və ya hər hansı qövmü (toplumu) razı salmaq kimi müəyyən məqsədlər üçün edərsə Allah bilir qəlbində bu əməli inkar edirsə və bunun batil və günah olduğunu bilirsə bu insan kafir olmur və etdiyi bu əməlinə görə asi (günahkar) olur. Əməli kiçik küfr, zülm və fasiqlikdir. Necə ki, bunu İbn Abbas, Mucəhid ibn Cəbr və başqa alimlər demişlər. Bu məsələ elm əhli arasında da məlumdur ki, kim bu əməli küfr adlandırırsa İslamdan çıxarmayan küfrü qəsd edir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir