Oxunma sayı: 43

Sual # : Şeyx İbn Bəz – Saqqalı azaltmaq olarmı?


Sual:
Sünnədə saqqalın həddi nə qədərdir? Buna dair bir dəlil varmı? Saqqalını qısaldan günahkardırmı? Bu böyük günahlaramı aiddir, yoxsa kiçik günahlardan sayılır? Bütün təfərrüatı ilə bu mövzuda fikriniz nədir?

Allah sizi xeyirlə mükafatlandırsın!

Tarix: 2018-01-04

Cavab # : Şeyx İbn Bəz – Saqqalı azaltmaq olarmı?


Şeyx İbn Bəz:

Saqqala toxunmayıb, olduğu kimi buraxılması vacibdir. Alimlərin iki görüşündən daha səhihi odur ki, saqqalın müəyyən bir həddi yoxdur. Əksinə vacibdir ki, saqqala toxunmayıb, necə var, elə də buraxılsın və uzadılsın! Necə ki, Buxari və Muslimin ‘Səhih’lərində Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) belə buyurduğu sabit olmuşdur: “Bığları qısaldın və saqqalı buraxın! Müşriklərə müxalif olun!”

Başqa ləfzdə deyilir:

“Bığları qısaldın və saqqalı uzadın! Müşriklərə müxalif olun!”

Tirmizinin Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdiyi Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) saqqalının uzunluğundan və yanlarından götürdüyünə dair olan hədisə gəldikdə isə, bu hədisi elm əhli səhih saymamışdır. İsnadında yalançılıqda ittiham olunmuş Ömər İbn Hərun əl-Bəlxi vardır.

Buna görə də, bu Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) sabit olmamış batil bir hədisdir. Batil olması ilə yanaşı, qeyd etdiyimiz səhih hədislərə də ziddir. Bu rəvayəti dəlil olaraq istifadə etmək və ona etimad etmək caiz deyildir.

İbn Ömərin həcc və ümrə ziyarətində saqqalından bir qarışdan artığını götürməsinə gəldikdə isə, o bunu Uca Allahın “Sonra həcc ayinlərini tamamlasınlar. (Həcc surəsi, 29)” ayəsinin təfsiri olaraq etmişdir. Bu onun öz rəyi və ictihadıdır. Həcc və ümrə ziyarətində saqqalını ovucu ilə tutar və ovucundan aşağı hissəsini kəsərdi. O bunun ayənin təfsiri olduğu görüşündə idi. Halbuki bu yanlışdır. Çünki səhih hədislərə ziddir. İbn Ömərə Allahdan məğfirət diləyirik. Bu onun bu mövzuda olan ictihadı idi.

Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) sözünə və Sünnəsinə əsaslanmaq lazımdır. Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) Sünnəsinə zidd olan bir şeyə etimad edilmir. İbn Ömər bu mövzuda ictihad edərək xəta etdi. Allah onu bağışlasın!

Lakin kiçik günah olduğunu da söyləmişdirlər. Çünki bu haqda hər hansısa lənət və ya təhdid gəlməmişdir. Alimlərə görə, böyük günahlar haqqında əzab təhdidi və ya lənət varid olan, həmçinin dünyada ikən şəri cəzası olan günahlardır.

Sual:
Möhtərəm şeyx, saqqalı kəsmək və ya qısaltmaq böyük yoxsa kiçik günah sayılır?

Şeyx İbn Bəz:

Bu Allaha qarşı günah işlətməkdir. Lakin böyük günah olması mübahisəlidir. Bu Allahın haram etdiyi və Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) qadağan etdiyi günahlardandır. Böyük günah olmasına gəldikdə isə, bəli, bunu deyənlər olmuşdur. Çünki bu müşriklərə bənzəməkdir. Peyğəmbər də, “Kim bir qövmə bənzəyərsə o da, onlardandır!” söyləmişdir. Bu şiddətli təhdiddir.

Lakin kiçik günah olduğunu da söyləmişdirlər. Çünki bu haqda hər hansısa lənət və ya təhdid gəlməmişdir. Alimlərə görə, böyük günahlar – haqqında əzab təhdidi və ya lənət varid olan, həmçinin dünyada ikən şəri cəzası olan günahlardır.

Xülasə, böyük günah da ola bilər, kiçik günah da.. Bildiyim qədər, böyük günah olmasını labüd edən hər hansısa bir aşkar dəlil yoxdur. İstər böyük, istərsə də, kiçik günah olsun, fərq etməz, hər bir halda Allah və Rəsuluna (sallAllahu aleyhi və səlləm) itaət edərək, Allaha üsyan etməkdən həzər etmək lazımdır.

Sual verən:
Allah sizi xeyirlə mükafatlandırsın!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir