Oxunma sayı: 41

Sual # : Şeyx İbn Bəz – Peyğəmbərin mövludunu qeyd etməyin hökmü (Şeyx ağlayır)


Tarix: 2018-01-04

Cavab # : Şeyx İbn Bəz – Peyğəmbərin mövludunu qeyd etməyin hökmü (Şeyx ağlayır)


Şeyx İbn Bəz:

Peyğəmbərin mövludunu qeyd etməklə Peyğəmbərə (sallAllahu aleyhi və səlləm) olan sevgini göstərmək düzgün deyildir. Həqiqətən, əhli sünnə Peyğəmbəri (sallAllahu aleyhi və səlləm) öz valideynlərindən, hətta özlərindən də çox sevirlər. Allah rəsulu (sallAllahu aleyhi və səlləm) buyurur: “Sizlərdən biriniz məni atasından, övladından və bütün insanlardan çox sevməyincə iman gətirmiş olmaz” (Buxari, 1; Muslim, 178)

Ömər dedi: “Ey Allahın rəsulu! Mən səni özümdən başqa hər kəsdən çox sevirəm”

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) dedi: “Xeyr, canım əlində olan Allaha and olsun ki, sən məni özündən də çox sevməlisən!”

Ömər dedi: “Allaha and olsun ki, indi mən səni hamıdan, hətta özümdən də çox sevirəm.”

Allah rəsulu (sallAllahu aleyhi və səlləm) buyurdu: “Bax indi (sən vacib buyurulanı yerinə yetirdin), ey Ömər!” (Buxari, 6632)

Əhli sünnə iman gətirir ki, onlara Allahdan sonra ən sevimli kəs Peyğəmbərdir (sallAllahu aleyhi və səlləm). Əhli sünnəyə ən sevimli olan Allahdır, bəşərdən isə onlara ən sevimli olan Peyğəmbərdir (sallAllahu aleyhi və səlləm). Sonra digər peyğəmbərlərdir. Və biz də onların yolu ilə gedirik.

Şeyx ağlamağa başlayır …

Allah şahiddir ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) bizə Allahdan sonra ən sevimli olan kəsdir. Hətta özümüzdən, atalarımızdan, mal-dövlətimizdən, övladlarımızdan, hər bir şeydən belə …

Vallahi, əgər Peyğəmbər (sallAllahu aleyhi və səlləm) öz ad gününü qeyd etməyi buyursaydı, biz bunu mütləq edərdik. Lakin o bunu nə əmr etmədi, nə özü, nə də səhabələri qeyd etmədi.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir